Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur

Mayın 2-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev məktəbi" mövzusunda tədbir keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışmışdır. Ulu öndərin daxili və xarici siyasətindən söz açan rektor bildirmişdir ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız xalqın xidmətinə yönəlmişdir. Onun dərin düşüncəsi, ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr, xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət etmişdir. Hər bir azərbaycanlı onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.
A.Məhərrəmov demişdir ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Akademik ümummilli liderin elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, ulu öndərin siyasi kursunun onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində ümummilli liderin əvəzsiz rolundan söz açmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanmışdır. Əli Əhmədov bildirmişdir ki, Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində dövlətçilik konsepsiyası uğurla həyata keçirilmişdir. Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkənin bütün sahələrində tətbiq olunan uğurlu islahatlar onun dövlətçilik konsepsiyasının ideyaları sayəsində gerçəkləşmişdir.
Belə bir konsepsiya Heydər Əliyev tərəfindən hazırlanmış və getdikcə təkmilləşdirilmişdir. Ölkə iqtisadiyyatının liberal qaydada formalaşması, azad sahibkarlıq ideyalarının yaranması və həyata keçirilməsi dövlətçilik konsepsiyasının əsasını təşkil etmişdir. Nəticədə milli-mənəvi dəyərlərə əsaslanan yeni dövlət modeli formalaşmış və əsası qoyulmuşdur. Müasir Azərbaycan cəmiyyətinin, onun humanizm, milli-mənəvi dəyərlərinin formalaşması ulu öndərin əsas xidmətlərindən olmuşdur. Onun yaratdığı müasir Azərbaycan dövləti bu gün xalqa, onun milli maraqlarına şərəflə və ləyaqətlə xidmət edir. Heydər Əliyevin müasir Azərbaycan dövlətini yaratmaq konsepsiyası özünəməxsusluğu ilə seçilir. Ulu öndərin konsepsiyası əsasında həyata keçirilən ciddi liberal və demokratik islahatların nəticəsində siyasi cəhətdən güclü dövlət yaradılmışdır. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin və onun mənəvi-əxlaqi dəyərlərinin formalaşması missiyasını da öz üzərinə götürmüş milli liderdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın Avropanın nüfuzlu "Eurovision" mahnı yarışmasında qalib gəlməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2020-ci il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməsi ölkəmizin özünə inamının bariz nümunəsidir. Bu, həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir.
Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və digərləri ulu öndərin zəngin həyat və fəaliyyətindən söz açmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında