Ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir

İyunun 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ölkənin ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
TQDK-nın sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun artıq başa çatdığını bildirmiş və bununla bağlı ilkin statistik məlumatları jurnalistlərin diqqətinə çatdırmışdır.
TQDK-nın sədri qəbul imtahanlarında iştirak etmək üçün 115 min 852 nəfərin ərizəsinin təsdiq edildiyini, 2 min 731 nəfərin sənədlərinin isə müəyyən səbəblərə görə təsdiqini tapmadığını bildirmişdir. Vurğulamışdır ki, bu il 1-ci qrup üzrə 37 min 156 nəfər, 2-ci qrupa 28 min 883 nəfər, 3-cü qrupa 33 min 697 nəfər, 4-cü qrup üzrə isə 16 min 116 nəfər sənəd vermişdir.
M.Abbaszadə sənəd qəbulu prosesində qabiliyyət tələb edən ixtisaslarda 12 min 461 nəfərin qeydiyyatdan keçdiyini vurğulamışdır. Qeyd etmişdir ki, onların 50 faizi idman sahəsinə aiddir. TQDK-nın sədri "Abituriyentin bələdçisi" kitabının yenilənmiş və təkmilləşdirilmiş variantını və "Magistr" jurnalının 4-cü nömrəsini təqdim etmişdir.
"Abituriyentin bələdçisi" kitabının təkmilləşdirilmiş variantı barədə məlumat verən TQDK sədri ötən müddətdə tələbə qəbulu qaydalarında edilmiş dəyişiklik və yeniliklərin bu nəşrdə nəzərə alındığını vurğulamışdır.
Konfransda "Magistr" jurnalının yeni nəşri ilə bağlı məlumatlar da diqqətə çatdırılmışdır.
Sonra TQDK sədri rus bölməsi abituriyentlərinin iyunun 20-də keçiriləcək Azərbaycan dili fənnindən imtahanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turların yekunu, iyunun 6-da keçiriləcək sınaq imtahanı və digər məsələlərlə bağlı mətbuat nümayəndələrinə məlumat vermişdir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında