Avropada ali təhsilin inkişaf modellərini Azərbaycan nümayəndəsi təklif edir

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ali təhsilin inkişafı məsələləri son illər daimi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, hazırda Parlament Assambleyasında təhsilin ayrı-ayrı problemləri ilə bağlı 4 məruzə hazırlanmaqdadır.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun müəllifi olduğu "Avropa ali təhsil məkanının bütövləşməsi və beynəlxalq açıqlığı" adlı məruzə diqqəti xüsusən cəlb edir. Mart ayında Parisdə, UNESCO-nun Baş Qərargahında həmin məruzə ətrafında dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin və ali təhsil sahəsində çalışan mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin keçirilməsi Assambleyada bu problemə marağın yüksək olmasının göstəricisidir. AŞPA-nın yaz sessiyası çərçivəsində həmin məruzə bir daha mədəniyyət, elm və təhsil komitəsinin gündəliyinə salınmış, deputat Rafael Hüseynovun ayrı-ayrı Avropa ölkələrinin ortaq ali təhsil məkanına qoşulması yolundakı mövcud problemlər və onların aradan qaldırılması haqqında müşahidələri dinlənilmişdir. Müştərək Avropa ali təhsil məkanının formalaşmasını vaxtın tələbi kimi dəyərləndirən azərbaycanlı deputat bu məsələnin mahiyyət etibarilə həm də siyasi səciyyə daşıdığını vurğulayaraq demişdir: "Avropada ali təhsil məsələsi aydındır ki, sırf təhsil problemi hesab edilməməlidir. Mahiyyət etibarilə bu, daha geniş anlayışdır, bütövlükdə gələcəyimizin necə qurulması ilə əlaqədardır. Artıq ikinci onilliyini yaşadığımız XXI əsrdə dünya 30, 50, 80, 100 il əvvəlkinə nisbətən daha kiçik olub. Elmin, texnikanın yaratdığı imkanlar sayəsində ölkələr və xalqlar bir-birinə daha artıq yaxınlaşıb, dövlətləri bir-birindən ayıran sərhədlərin bir çoxu aradan gedib, şəffaflaşıb, yumşalıb, inteqrasiya prosesləri sürətlənib. Təbii ki, kiçilən, yığcamlaşan dünyada bütövlükdə insanlığın ortaq sərvəti olan təhsilə münasibətdə də yanaşmalar dəyişib. Təhsil getdikcə daha artıq sərhədsiz olmağa, ölkələri və insanları ortaq meyarlar əsasında bir-birilərinə yaxınlaşdırmağa xidmət edir. Şübhə yoxdur ki, gün gələcək ki, biz sadəcə Avropa ali təhsil məkanından deyil, dünyanın ortaq ali təhsil fəzasından danışacağıq. Bizim məruzənin başlıca fəlsəfəsi bundan ibarətdir ki, Avropanın Avropa Şurasına üzv olmayan digər dövlətləri, o cümlədən başqa qitələrin ölkələri də ortaq dəyərləri ifadə edən, müştərək hüquqi imkanları təqdim edən mühitdə yaşasınlar. Əlbəttə ki, təhsil bu baxımdan yaxınlaşmanı təmin edəcək ən mühüm körpülərdəndir".
Müzakirələrdə çıxış edən Böyük Britaniyadan olan deputat Maykl Konnarti, sloveniyalı Qvozden Fleqo, Moldovadan olan xanım Ana Qutsu və digərləri R.Hüseynovun hazırladığı məruzəni yüksək qiymətləndirmiş, bu tədqiqatın bütövlükdə Avropa Şurasının uğurlarından olması fikrini ifadə etmişlər. Müzakirənin əhəmiyyətini nəzərə alaraq Avropa Şurası mühüm proqramlar üzrə baş direktoru xanım Qabriela Battani-Draqoni də mədəniyyət, elm və təhsil komitəsinin bu toplantısında iştirak edərək müzakirələrdə çıxış etmişdir.
Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın payız sessiyasında Assambleyanın ümumi müzakirəsinə çıxarılacaqdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında