Professor Nərgiz PAŞAYEVA: Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeni ilə təltif edilməyim mənə qürur hissi bəxş etdi

Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeni ilə təltif edilməyim mənə qürur hissi bəxş etdi. Macarıstan Prezidentinin bu qərarı təkcə mənim üçün deyil, xalqlarımız arasında dostluq əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafı baxımından önəmli bir hadisədir.
Bu sözləri aprelin 30-da jurnalistlərə müsahibəsində Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz xanım Paşayeva söyləmişdir.
Macarıstanın zəngin mədəniyyətinin həm də nadir xüsusiyyətlərə malik olduğunu deyən Nərgiz xanım Paşayeva burada Şərq ab-havasının aydın şəkildə hiss edildiyini diqqətə çatdırmışdır.
N.Paşayeva demişdir: "Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu mükafata doğma Vətənim olan Azərbaycanın nümayəndəsi kimi layiq görülmüşəm".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında