Midhət Teymur oğlu Abasov

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış alim, respublika Dюvlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Midhət Teymur oğlu Abasov 2012-ci il aprelin 23-də юmrünün 86-cı ilində vəfat etmişdir. 
Midhət Abasov 1926-cı il iyulun 31-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1943-1949-cu illərdə ali təhsilini Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış, 1949-1952-ci illərdə isə həmin institutun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" İstehsalat Birliyinin Qaradağ Neft Trestində mədən ustası kimi başlayan Midhət Abasov 1952-1953-cü illərdə Azərbaycan Sənaye İnstitutunda assistent, 1953-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasında neft ekspedisiyasının yeraltı hidrodinamika laboratoriyasında kiçik elmi işçi, bюyük elmi işçi, rəis müavini və laboratoriya rəhbəri, 1958-1960-cı illərdə isə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutunda laboratoriya rəisi işləmişdir. O, 1960-cı ildən etibarən elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, burada 2003-cü ilədək Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrini tutmuş, 2003-cü ildən юmrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun baş elmi işçisi olmuşdur.
Midhət Abasov 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yer Elmləri Bюlməsinin akademik-katibi, 1990-1997-ci illərdə Akademiyanın vitse-prezidenti vəzifələrində çalışmışdır. O, 1989-cu ildə 12-ci çağırış SSRİ Ali Sovetinə xalq deputatı seçilmiş, 1991-1992-ci illərdə isə Azərbaycan Respublikasının dюvlət katibi işləmişdir.
Midhət Abasov 1953-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Midhət Abasov 650-dən artıq elmi məqalənin, 16 monoqrafiyanın müəllifidir. O, bir sıra beynəlxalq elmi forum, konfrans və simpoziumlarda iştirak etmişdir. Alimin rəhbərliyi ilə 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanmışdır.
Tanınmış alim Midhət Teymur oğlu Abasovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

İlham ƏLİYEV, Artur RASİZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV, Mahmud KƏRİMOV, Fatma ABDULLAZADƏ, Xoşbəxt YUSİFZADƏ, Arif İSMAYILZADƏ, Akif ƏLİZADƏ, İbrahim QULİYEV, Tofiq NAĞIYEV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında