SDU-da maraqlı görüş

Bu il 50 yaşını qeyd edəcək Sumqayıt Dövlət Universiteti gənclik şəhərinin ilk və yeganə ali təhsil ocağıdır. Əvvəllər neft-kimya institutunun filialı kimi fəaliyyət göstərmiş bu təhsil müəssisəsinin bazasında artıq neçə ildir ki, müasir dövlət universiteti yaradılmışdır.  
Yubiley münasibətilə universitetdə silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də filologiya fakültəsinin Sumqayıt yazarları ilə keçirdiyi görüş idi. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə çiçək dəstələri qoydular. Azərbaycan ədəbiyyatı klassiklərinə aid guşənin qarşısında xatirə şəkilləri çəkdirildi.
Sonra tədbir kiçik akt zalında davam etdi. Universitetin rektoru, professor Nadir Qəhrəmanov qonaqları salamlayaraq bu ali təhsil ocağının Sumqayıt ziyalıları, o cümlədən yazıçı və şairlərlə sıx əlaqələrinin olduğunu vurğuladı və bildirdi ki, SDU yalnız ali təhsil ocağı kimi deyil, həm də şəhərin qaynar mədəni mərkəzlərindən biri kimi tanınır. Rektor bu görüşün də yaddaqalan olacağına inam ifadə etdi.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Avtandil Ağbaba SDU-nun 50 illiyinə həsr olunmuş silsilə tədbirlərin sırasında bu görüşün əhəmiyyətini qeyd etdi. Kafedrasının dissertantı Vəsilə Əbülhəsənovanın Sumqayıt ədəbi mühiti haqqında məruzəsi maraqla dinlənildi. Sonra şairlərdən Sabir Sarvan, Gülnarə Cəmaləddin, RafiqYusifoğlu, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Rafiq Oday, Məmməd Namaz, 3-cü kurs tələbəsi Orxan Zaman və başqaları yubileyi qeyd olunan universitet haqqında ürək sözlərini söylədilər, yeni şeirlərini oxudular. Yazarlar tələbələri maraqlandıran sualları da ətraflı cavablandırdılar.
Bu günlərdə tədbirin davamı kimi SDU-da "Filologiyanın aktual problemləri: axtarışlar və perspektivlər" adlı Respublika elmi konfransı da keçiriləcək.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında