Yunus Oğuzun kitablar toplusunun təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Atatürk Mərkəzində türkoloq alim Yunus Oğuzun 6 kitabdan ibarət kitablar toplusunun təqdimat mərasimi keçirilmişdir. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, yazıçı və şairlər, media qurumlarının rəhbərləri iştirak etmişlər.
Y. Oğuzun kitablar toplusuna "Əmir Teymur zirvəyə doğru" əsərinin 1-ci hissəsinin rus və Azərbaycan dillərində nəşrləri, "Əmir Teymur dünyanın hakimi" əsərinin 2-ci cildinin Azərbaycan dilində nəşri, "Qədim türklər və passionarlıq nəzəriyyəsi L. N. Qumilyovun tədqiqatlarında" əsərinin Azərbaycan və türk dillərində nəşrləri və "Atilla" əsərinin türk dilində nəşri daxildir.
Tədbirdə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov bildirmişdir ki, Yunus Oğuz artıq özünü tarix romançısı kimi təsdiq etmiş yazıçılardandır: "O, qısa müddət ərzində çoxlu tarixi romanlar yazmışdır. Yunus Oğuz həm tarixçi kimi dəyərli bir tədqiqatçıdır, həm ədəbiyyatçı kimi yaxşı bir roman ustasıdır". N. Cəfərov Y. Oğuzun əsərlərində türkçülük, millilik və dövlətçilik ideologiyasının əsas yer tutduğunu demişdir. Onun sözlərinə görə, bu, alimin fəlsəfi, ideoloji təfəkkürünün nəticəsi kimi başa düşülməlidir.
Millət vəkili Aqil Abbas Yunus Oğuzun çox çətin bir yükün altına girdiyini söyləmiş, onun kitablarının gözəl elmi əsərlər olduğunu vurğulamışdır.
Y. Oğuzun bütün əsərlərində dövlətçilik, millətçilik və xalqa sadiqlik prinsiplərini qoruya bildiyini deyən "Kaspi" qəzetinin baş redaktoru Sona Vəliyeva müəllifə gələcək işlərində uğurlar arzulamışdır.
"APA Group"un baş direktoru Vüsalə Mahirqızı isə Y.Oğuzun gənc oxucularının artması üçün təklif irəli sürüb. O qeyd edib ki, gənclər daha çox internetdən istifadə etdikləri üçün bu kitablardan ibarət onlayn-kitabxana yaratmaq olar.
Tədbirin sonunda çıxış edən Y. Oğuz bildirmişdir ki, onun "Nadir Şah" əsəri gələn il Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulacaq. "Əmir Teymur zirvəyə doğru" əsərinin 2-ci hissəsi isə rus dilinə tərcümə olunacaq və həmin əsərin Qırğızıstanda çapı nəzərdə tutulur. Y. Oğuz yeni tarixi əsərlər üzərində çalışdığını demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında