Dövlət İdarəçilik Akademiyasında soyqırımı qurbanlarının xatirəsi anılmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbiri akademiyanın prorektoru, professor Əlikram Abdullayev açdı. Onun təklifi ilə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra o, soyqırımının tarixindən, XX əsrin əvvəllərində erməni millətçiləri və daşnaklarının "Böyük Ermənistan" yaratmaq xülyası ilə Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərləri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmələrindən danışmış, əsrlər boyu soyqırımı və deportasiyaya məruz qalmış xalqımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat vermişdir. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə düşüb.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə etdiyini, məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasətin bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğu vurğulanmışdır.
Tarix elmləri namizədi, Firdovsiyyə Əhmədova, siyasi elmlər namizədi, dosent Elçin Əhmədov, siyasi idarəetmə fakültəsinin tələbəsi Rövşanə Əhmədova öz çıxışlarında bu tarixi gün, ölkəmizə qarşı mənfur siyasət və bu siyasətin havadarları tərəfindən əsrlər boyu başımıza gətirilən dəhşətli faciələr barədə danışaraq, bu istiqamətdə daha böyük işlər görməyin vacibliyini qeyd etmişlər. Bu məsələlərin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tezliklə həqiqi qiymətini alacağına əmin olduqlarını bildirmişlər.
Sonra akademiyanın tələbələrinin ifasında ədəbi-bədii kompozisiya, əməkdar artist Ağalar Bayramovun ifasında müxtəlif şeirlər səsləndirilmişdir. Mərasim iştirakçıları yaxın vaxtlarda Qubada aşkarlanmış yeni məzarlıqdan bəhs edən filmə tamaşa etmişlər. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırımını təsdiqləyən daha bir tutarlı fakt idi.

{nl}

Sona MƏMMƏDBƏYOVA, DİA-nın mətbuat və informasiya xidmətinin rəhbəri, foto Mir SADİQİNDİR

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında