Lahıclı məktəblilər öz işlərini Sloveniyada nümayiş etdirəcəklər

Sloveniyanın Novo Qoritsa şəhərinin kitabxanası "Gənclik və media: mədəni irsimizin qorunması üçün foto və video sənədlər" layihəsi çərçivəsində aprelin 17-dən mayın 9-dək İkinci Dünya müharibəsinə həsr olunmuş səyyar sərgi təşkil edəcəkdir.
Sərgidə Azərbaycanın Lahıc qəsəbə orta məktəbinin şagirdləri də iştirak edəcəklər. Onların 45 fotoşəkilinin və 17 dəqiqəlik videofilminin nümayiş olunacağı sərginin əlaqələndiricisi Sloveniyadan olan tanınmış incəsənət professoru xanım Vesna Çrnivetsdir.
AzərTAc-a bu barədə məlumat verən Vesna Çrnivets demişdir ki, Sloveniya Xarici İşlər, Mədəniyyət nazirliklərinin və Məktəb Muzeyinin Lahıc orta məktəbinin və lahıclı Bayramovlar ailəsinin dəstəyi ilə hazırlanmış sərgi faşizm üzərində Qələbə günü açılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında