Birinci xanım Mehriban ƏLİYEVA: Biz fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 13-də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülmüşdür. Fəxri professor xatirə nişanının və diplomunun təntənəli təqdimat mərasimindən sonra birinci xanım Mehriban Əliyevanın adından ziyafət təşkil edilmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Rusiya Federasiyasının Dövlət Dumasının sədri Sergey Narışkin, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, bu agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin prorektoru Pyotr Litvitski, MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina ziyafətdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı "Birliyin ulduzları" Dövlətlərarası mükafatına və Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülməsi münasibətilə təbrik etmişlər.
Natiqlər təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirmiş, Azərbaycan ilə Rusiya arasında əlaqələrin əhəmiyyətini vurğulamış, humanitar sahədə münasibətlərin inkişafında Heydər Əliyev Fondunun və onun rəhbəri, xoşməramlı səfir Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmişlər.
Mərasimdə Azərbaycanın qədim və zəngin mədəniyyət ənənələrinə malik olduğu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təhsilin müasir standartlar səviyyəsində qurulduğu, burada istedadlı gənclərin elmlərin sirlərinə dərindən yiyələndikləri vurğulanmış, respublikamızda rus dilinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilmişdir.
Sonra ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA çıxış etmişdir.
Birinci xanım demişdir:
- Mən dostlarımın əhatəsindəyəm, xeyli xatirələrlə bağlandığım ölkədəyəm. Həyatımın xeyli illəri, gəncliyim bu ölkədə keçib. Bu da mənim üzərimə böyük məsuliyyət qoyurdu.
Mən bütün bu tədbirlərin təşkil olunmasında, məni hər iki mükafatla təltif etmək qərarının qəbul olunmasında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Yaratdığınız şəraitə görə də sizə təşəkkür etmək istəyirəm. Mən belə şəraitdə özümü elə rahat, elə yaxşı, elə fərəhli hiss edirdim ki, bu duyğular indi sizin əhatənizdə də davam edir. Demək istəyirəm ki, biz bu gün Azərbaycanda həqiqətən öz ölkəmizlə fəxr edirik. Əminəm ki, buradakıların əksəriyyəti bizim ölkəmizdə olub və onlar mənim nə demək istədiyimi yaxşı başa düşürlər. Çünki 20 il tarixi baxımdan o qədər də böyük vaxt olmasa da, qısa müddət ərzində ölkəmiz böyük nailiyyətlər əldə edib.
Biz azərbaycanlılar fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir, ölkəmizin insanları daha yaxşı yaşamağa başlayıblar, həyatımızın bütün sahələrindəki tərəqqini elə ilk baxışdan görmək olar. Buna görə də, indi mən sizin aranızda olarkən demək istəyirəm ki, hamınızı Azərbaycanda görməyimizə çox şad olardıq. Sizin hamınızı salamlamağa şad olardıq. Bizim ümumi keçmişimiz vardır, bizi çox şey birləşdirir. Hansı proseslər, hansı dəyişikliklər baş versə də, bu keçmişi silmək, unutmaq mümkün deyildir. Onu heç unutmaq lazım da deyildir.
Bu gün Azərbaycanda rus dilinə, rus ədəbiyyatına, rus poeziyasına dərin hörmətlə yanaşırlar. Ölkəmizdə müstəqillik illərində heç bir rusdilli məktəb bağlanmayıb, onların hamısı fəaliyyət göstərir. Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Təbii ki, rus ədəbiyyatı, rus dili dünyəvi sərvətdir. Buna bizim insanların münasibəti də həmişəki kimi böyük hörmət və ehtiram olacaqdır. Buna görə də mən fürsətdən istifadə edərək sizin hamınızı Bakıya, paytaxtımıza dəvət etmək istəyirəm. Təkcə paytaxtımıza yox, regionlarımıza da. Bizdə çox gözəl yerlər vardır. Bizim gözəl Xəzər dənizimiz vardır. Eyni zamanda, bizdə indi çox müasir, çox gözəl dağ xizəkçiliyi kurortu inşa olunur. Dağlarımız, meşələrimiz vardır, görməli, istirahət etməli yerlərimiz çoxdur. Mən hamınızı ölkəmizə dəvət edirəm.
Sözümün sonunda burada çıxış edənlərin hamısına mənim ünvanıma, fəaliyyətim haqqında, ilk növbədə Azərbaycanın ünvanına dedikləri hərarətli, səmimi sözlərə görə təşəkkür edirəm. Mən həqiqətən burada söylənilənlərin hamısının ölkəmin ünvanına deyildiyini hesab edirəm və bununla qürur duyuram. Çox sağ olun.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında