Avropa Parlamentinin üzvü Vitautas Landsberqes Dövlət İdarəçilik Akademiyasının "Fəxri doktoru" adına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Avropa Parlamentinin üzvü Vitautas Landsberqeslə görüş keçirilmişdir. Akademiyanın rektoru, akademik U.Ələkbərov kollektiv adından qonağı salamlamış və qeyd etmişdir ki, Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlıqda, habelə Litva və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, inkişafında, həmçinin humanitar sahədə əməkdaşlıqda Vitautas Landsberqesin rolu böyük olmuşdur.
İki ölkə arasındakı dostluq əlaqələrinin dərinləşməsində göstərdiyi xidmətlərinə görə Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasında Avropa Parlamentinin üzvü Vitautas Landsberqesə DİA-nın "Fəxri doktoru" adının verilməsi barədə qərar qəbul olunmuşdur.
Rektor, həmçinin bildirmişdir ki, Vitautas Landsberqes bir sıra Avropa ölkələrinin yüksək dövlət mükafatları ilə təltif olunub. O, 30-dan artıq kitabın müəllifidir. Bəşəri dəyərləri təbliğ edən əsərləri ilə Azərbaycan xalqına doğma olan V.Landsberqesin siyasi publisistikasında "Azərbaycanın faciəsi" adlı məqaləsi və bunun müstəqillik tariximizin qanlı səhifəsinə həsr olunması, onu xalqımıza daha da doğmalaşdırmışdır. Akademik U.Ələkbərov diqqətə çatdırdı ki, dövlət idarəçiliyinə gətirdiyi yeni sistemə və Azərbaycan-Litva əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə Dövlət İdarəçilik Akademiyasının ilk "Fəxri doktoru" adına məhz Vitautas Landsberqesin layiq görülməsi bizi çox sevindirir. Daha sonra Landsberqesə "Fəxri doktor" diplomu, xatirə medalı, mantiya və hədiyyələr təqdim olunub.
Avropalı qonaq ona yüksək "Fəxri doktor" adının verilməsinə görə ölkənin nüfuzlu ali məktəbinin rəhbərliyinə, onun professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirmişdir. O, Dövlət İdarəçilik Akademiyasının ilk "Fəxri doktoru" olmasından məmnun qaldığını demişdir. Avropalı qonaq Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, beynəlxalq arenada artan nüfuzunu, Avropa Parlamenti ilə əməkdaşlığını xüsusi qeyd etmişdir.
Sonda Vitautas Landsberqes ona verilən sualları cavablandırmışdır. Tədbirdə müxtəlif dövlət qurumlarının və Litvanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak etmişlər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında