Yenidən yazılacaq 3 cildlik "Azərbaycan tarixi"nin elmi konsepsiyası hazırlanmışdır

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, konsepsiya layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2-ci qrant müsabiqəsinin qalibi olub.
Müvafiq rəylər alındıqdan və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının qərarı verildikdən sonra onun əsasında Himayədarlar Şurasının sədri Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə yeni 3 cildlik "Azərbaycan tarixi" nəşr olunacaq.
Y.Mahmudov demişdir ki, Azərbaycan tarixinin I cildi ən qədım zamanlardan başlayaraq XVIII əsrin 30-cu illərinə qədər olan dövrü əhatə edəcək. II cild Azərbaycanın yeni dövr tarixini, xanlıqların yaranması, qonşu dövlətlərlə münasibətlər, Rusiya imperiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ölkə ərazisinin iki yerə parçalanması, Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsi, Azərbaycanın tarixi sərhədlərinin məqsədli şəkildə dəyişdirilməsi, milli neft sənayesinin yaranması, I Dünya Müharibəsi və vuruşan dövlətlərin planlarında Azərbaycan məsələsi, Şimali Azərbaycanda ictimai və siyasi təşkilatların yaranması kimi mühüm problemlərin tədqiqi nəzərdə tutulur. III cilddə isə 1918-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətləri, Şimali Azərbaycanda milli dövlətçiliyin bərpası, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və sovet Rusiyasının təcavüzü nəticəsində süqutu, Azərbaycan SSR-in yaradılması və SSRİ-nin tərkibinə qatılması, XX əsrdə Azərbaycanın itirilmiş torpaqlarının tarixi, XX əsrdə Cənubi Azərbaycanın tarixi məsələləri əks ediləcək.
Bundan əlavə, konsepsiyada müstəqilliyin siyasi, iqtisadi və ideoloji əsaslarının yaradılması, Dağlıq Qarabağ münaqişəsi, sovet imperiyasının süqutu, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkədə demokratik dövlət quruculuğu siyasətinin uğurla həyata keçirilməsi tədqiq olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında