"Unudulmağa məhkum Stepan Şaumyan. Əfsanəvi kommunarın retuşsuz portreti" kitabının təqdimatı olmuşdur

Aprelin 11-də Bakı Dövlət Universitetində tarix elmləri doktoru, universitetin professoru Eldar İsmayılovun "Unudulmağa məhkum Stepan Şaumyan. Əfsanəvi kommunarın retuşsuz portreti" kitabının təqdimatı olmuşdur.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov mərasimdəki çıxışında bildirmişdir ki, hazırda Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu bir dövrdə erməni millətçiləri Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yeridirlər. Bu kitab ötən əsrin əvvəllərində ölkəmizdə baş vermiş hadisələr barədə həqiqətləri dünya birliyinə çatdırmaq üçün yaxşı vasitədir.
Rektor vurğulamışdır ki, sovet dövründə Stepan Şaumyan Azərbaycan xalqına proletariatın azadlığı uğrunda mübariz kimi təqdim olunurdu. Əslində isə o, antiazərbaycan təbliğatı aparırdı. Akademik A.Məhərrəmov demişdir: "Dahi lider Heydər Əliyev Şaumyanın fəaliyyətinin obyektiv işıqlandırılmasının vacibliyini diqqətə çatdırmışdır. Həqiqətən, Stepan Şaumyanın fəaliyyəti lazımi səviyyədə işıqlandırılmamışdır. Bu baxımdan kitab çox aktualdır. Kitabda Şaumyanın Azərbaycan xalqının düşməni olmasına dair çoxlu faktlar təqdim olunmuş, Bakı komissarının fəaliyyətinin əsl mahiyyəti açıqlanmışdır. Faktlar təsdiq edir ki, onun məqsədi Azərbaycan xalqını fiziki cəhətdən məhv etmək idi".
Kitabın müəllifi Eldar İsmayılov Stepan Şaumyanın həyat yolunu xronoloji ardıcıllıqla təsvir etmişdir. Tədqiqat əsərində komissarın uşaqlığı və yeniyetmə çağları, təhsil illəri, inqilabi sahədə ilk addımları, siyasi baxışları, onun oktyabr inqilabından sonra yazdığı məktublar, fəaliyyəti barədə məlumat verilir. E.İsmayılov Şaumyanın məqalələrindən parçalar təqdim etmişdir. Bu yazılarda Şaumyan öz siyasi baxışlarını, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətini ifadə edir. Müəllif Bakıda və Moskvada saxlanılan arxiv materiallarını, sənədli məcmuələri araşdırmışdır. E.İsmayılov arxiv materiallarının, tarixi faktların dərin təhlili nəticəsində müəyyən etmişdir ki, Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı Stepan Şaumyan tərəfindən təşkil olunmuşdu.
Müəllif təqdimat mərasimində bildirmişdir ki, Şaumyanın siyasəti mahiyyət etibarı ilə faşist siyasəti idi. Onun hansı məqsədlər güdməsinə baxmayaraq, mili zəmində kütləvi qırğınlar əsl faşizmdir. E.İsmayılov vurğulamışdır ki, tezliklə onun Anastas Mikoyanın həyat və fəaliyyətinə həsr olunmuş yeni kitabı da işıq üzü görəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında