"Dövlət və din" ictimai fikir toplusunun növbəti nömrəsi nəşr olunmuşdur

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və din" ictimai fikir toplusunun mart-aprel nömrəsi çapdan çıxmışdır.
Komitədən bildirmişlər ki, 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına dövlətimizin başçısının təbriki ilə açılan jurnalın "Rəsmi guşə"sində, həmçinin Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza təbriki, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar xalqa müraciəti, eləcə də həmin faciə ilə bağlı ümumxalq yürüşünün keçirilməsi, Prezident İlham Əliyevin Salyanda əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanışlığı barədə materiallar da yer almışdır.
Toplunun "Gerçəklik" rubrikasında professor Rüstəm Rüstəmovun "Dini və qloballaşma proseslərinin qarşılıqlı əlaqəsi", Ruşan Ruşanzadənin "Siyasi əxlaqın funksional prinsipləri" məqalələri oxucuların mühakiməsinə verilmişdir. Bundan başqa, oxucular ənənəvi "Cəmiyyət və din" bölməsində Elşad Həsənlinin "Müasir Azərbaycan cəmiyyəti: milli-dini tolerantlıq" məqaləsi, Anar Həsənlinin "Qloballaşan dünyada submədəniyyətlər" və Aydın Əlizadənin "Çağdaş Azərbaycanda islam dini və dövlət-din münasibətlərinə dair" yazıları ilə tanış ola bilərlər.
Jurnalın "İslam həqiqətləri" rubrikası isə Şəfahət Abdullayevanın "Sufilərin həqiqət axtarışları", Rahil Nəcəfovun "Fəlsəfədə Şərq peripatetizminin kəşfi problemi" məqalələri əsasında formalaşmışdır.
Faiq Ələkbərovun "Şamanizm: Azərbaycan türklərinin qədim dini-mifoloji təlimlərindən biri kimi" və Şamil Nəcəfovun "İbtidai totemizm və heyvanlarla birlikdə dəfn adəti (Azərbaycanın qədim sakinlərinin eramızdan əvvəl IV-I minilliklərə aid dəfn adətləri əsasında)" mövzusunda yazıları ictimai fikir toplusunun maraqlı rubrikalarından olan "Tarixə pəncərə" bölməsində dərc edilmişdir.
Nailə Süleymanovanın "Azərbaycanda Qurani-Kərimin qədim əlyazma nüsxələrinə dair" yazısı jurnalın "Abidələr" guşəsində yer almışdır. Qadir Hüseynzadənin "Şəbüstərinin "Gülşəni-raz" əsərində sufi rəmzləri" və Sevinc Rəhnullanın "Azərbaycanlı şeyxülislamlar: Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzədək" məqalələri isə toplunun "Etüd" rubrikasına daxil edilmişdir.
Jurnalın bu nömrəsində də Martin Lingsin "Məhəmməd. İlk mənbələr əsasında onun həyatı" adlı məşhur əsərinin davamı ana dilimizdə dərc olunmuşdur.
Toplunun ənənəvi "Sirlər xəzinəsi" informasiya blokunda ədəbiyyat, din, incəsənət, kitabşünaslıq, arxeologiya və tibbə dair maraqlı məlumatlar verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında