Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilmişdir

Aprelin 9-da Bakı Dövlət Universitetində (BDU) Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən BDU-nun rektoru akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat vermişdir. Rektor bildirmişdir ki, müasir Rusiyanın tanınmış dövlət xadimi, siyasətçisi və diplomatı olan Valentina Matvienko 2011-ci il sentyabrın 21-dən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. Rektor, V.Matviyenkonun 2003-2011-ci illərdə Sankt-Peterburqun qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırmışdır.
Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan söhbət açan rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu münasibətlərin inkişafına mühüm töhfələr verdiyini qeyd etmiş və universitetin Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan və digər universitetləri ilə əməkdaşlığından danışmışdır. Bakı Dövlət Universiteti haqqında da məlumat verən rektor universitetin 93 illik tarixi ərzində onun çox şöhrətli məzunları, görkəmli alimləri, dünya səviyyəsində tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırmışdır.
Sonra A.Məhərrəmov Bakı Dövlət Universitetinin Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını elan edərək Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görüldüyünü bildirmişdir. Sonra Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə universitetin fəxri doktoru diplomu, mantiya və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Valentina Matviyenko BDU-nun fəxri doktoru olmasından məmnunluğunu qeyd edərək bunu ölkələrimizin elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verilməsinin rəmzi kimi qiymətləndirdiyini bildirmişdir. İki ölkə arasındakı əlaqələrdən danışan Valentina Matviyenko Rusiya-Azərbaycan tərəfdaşlığının Xəzər və Cənubi Qafqaz bölgələrində sabitlik, sülh və təhlükəsizliyin əsas amilinə çevrildiyini söyləmişdir.
Xanım V.Matviyenko ölkələrimiz arasında əlaqələrin perspektivləri, demokratiya, gender problemləri və digər məsələlər ilə bağlı fikirlərini bölüşmüş, tələbələrin suallarını cavablandırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında