Azərbaycanın xaricdə təhsil alan tələbələri "Mən gənc səfirəm" devizi altında Budapeştdə keçirilən forumun əhəmiyyətini yüksək qiymətləndirirlər

Aprelin 6-da Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) Budapeşt konfransı öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən AzərTAc-a bildirmişlər ki, "Mən gənc səfirəm" devizi altında keçirilən konfransda dünyanın 27 ölkəsindən 200-dən çox gənc iştirak edir.
Konfransda iştirak edən azərbaycanlı tələbələr yeni çağırışların və ölkəmiz üçün əhəmiyyətli məsələlərin müzakirə edilməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Praqa Metrapolitan Universitetinin tələbəsi Cəmilə Bayramlı bu mötəbər tədbirə ilk dəfə qatıldığını vurğulayaraq demişdir ki, azərbaycanlı gənclərin bir araya gəlməsi və ölkə üçün əhəmiyyət daşıyan ideyaların müzakirəsi hər zaman diqqətimi cəlb etmişdir. Praqa Metrapolitan Universitetinin beynəlxalq münasibətlər və Avropa təhsili fakültəsinin tələbəsi kimi, əminəm ki, "Mən gənc səfirəm" devizi altında keçirilən konfrans mənə səfirlərlə, rəsmilərlə görüşlərdən sonra yeni biliklər qazandırmaqla bərabər, eyni zamanda, əlaqələrimin inkişafına da kömək edəcəkdir.
Bakıda keçirilən birinci konfransda iştirak etdiyini deyən London Biznes Məktəbinin tələbəsi Kənan Salayev artıq ikinci dəfədir ki, tədbirə qatılır. Konfransın əhəmiyyətini yüksək qiymətləndirən K.Salayev demişdir ki, "Mən gənc səfirəm" devizi altında keçirilən tədbirdən ən böyük gözləntim gələcək nəsillərə gözəl ölkəmizin təbliği və peşəkar diplomat kimi yetişməyim üçün yeni bilgiləri, ideyaları mənimsəyib beynəlxalq arenada uğurla tətbiq etməkdir. Bununla yanaşı, lobbiçilik fəaliyyətində vahid platforma ideyası ilə çıxış edəcəyəm. Çünki zənnimcə, biz bu şəkildə daha mütərəqqi addımlarla irəliləyə bilərik.
Paris Biznes Məktəbinin tələbəsi Toğrul Rəhimov da konfransa ilk dəfə qatılan gənclərimizdəndir. Konfransla bağlı fikirlərini bölüşən T.Rəhimov bildirmişdir ki, Azərbaycan Fransada mədəniyyət sahəsində çox gözəl tanınır. Əfsuslar olsun ki, Fransada yaşayan soydaşlarımız arasında birlik zəifdir. Bu da lobbiçiliyin fəal şəkildə aparılmasına maneələr yaradır. Düşünürəm ki, gənc tələbə olaraq, lobbiçilik və diplomatiya sahələrində bu konfransda əldə edəcəyim təcrübə Azərbaycanın daha yaxşı təbliği istiqamətində mənə çox faydalı olacaqdır.
Çinin Tsinqxua Universitetinin tələbəsi Vüsal Qurbanov Azərbaycanın son illərdə təhsil aldığı ölkədə daha çox tanınmağa başladığını bildirmişdir. Hazırda Çində 60-dək tələbə təhsil alır. Onlardan 35-i Pekində oxuyan gənclərdir. Azərbaycanın təbliğində tələbələrin xüsusi rolu vardır. Hər il bir ay ərzində bütün universitetlərdə beynəlxalq mədəniyyət günləri keçirilir. Ötən il biz bir ay ərzində beş universitetdə Azərbaycan günləri keçirdik və milli mətbəximizin nümunələrini, mədəniyyətimizi, musiqimizi geniş şəkildə nümayiş etdirdik. Tələbələr arasında şəbəkələşmə praktikasının formalaşdırılması, diaspor fəaliyyətində diplomatların təcrübəsindən faydalanma baxımından mən bu konfransın əhəmiyyətini yüksək qiymətləndirirəm.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında