Azərbaycanlı alim ABŞ-ın "Elmin açarı" mükafatı ilə təltif edilmişdir

Bu günlərdə Azərbaycan Dövlət Neft Akademiyasının istilik energetikası kafedrasının və həmin kafedranın nəzdindəki "Dəniz və çirkab sularının sənayedə istifadəsi" problem laboratoriyasının müdiri, əməkdar elm xadimi, "Şöhrət" ordenli, texnika elmləri doktoru, professor Kamal Mehman oğlu Abdullayev əldə etdiyi elmi nailiyyətlərə görə ABŞ-ın Bioqrafiya İnstitutunun "Elmin açarı" mükafatına layiq görülmüşdür.
Kamal Abdullayev 40 ilə yaxındır ki, bu kafedraya və onun nəzdindəki laboratoriyaya rəhbərlik edir. Onun təhsil və elm sahəsindəki xidmətləri barədə ətraflı məlumat vermək üçün xüsusi monoqrafiyaların yazılması lazım gələrdi. Ona görə də Kamal müəllimin elmi və pedaqoji fəaliyyətinin bəzi məqamları barədə qısaca məlumat verməyi vacib hesab edirik.
İlk növbədə, qeyd etmək istəyirik ki, o, böyük praktiki və elmi təcrübəyə malik çox məhsuldar alim və yüksək səviyyəli pedaqoqdur. Kamal müəllim dənizkənarı istilik elektrik stansiyalarının çoxməqsədli, daha doğrusu, istilik-elektrik-su-kimya kombinatına çevrilməsi, şəhər çirkab sularının şirin su əvəzinə, istilik energetikasında istifadə edilməsi problemlərinin əsasını qoymuş və bu sahədə elmə çox dəyərli töhfələr vermişdir. O bu istiqamətdə dünyada tanınmış elmi məktəb yaratmış və onun rəhbərliyi ilə 60-a yaxın namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. 20-dən artıq ixtira müəllifi olan alimin 300-dən çox elmi əsəri (əksəriyyəti xarici ölkələrdə olmaqla) nəşr edilmişdir. Kamal müəllim bir neçə elmi şuranın və texniki jurnalların (o cümlədən xarici jurnalların) redaksiya heyətlərinin üzvüdür. Onun monoqrafiyaları İngiltərə və Rusiyada böyük tirajlarla nəşr olunmuşdur.
Müstəqilliyimizin ilk illərində ali texniki məktəblər üçün Azərbaycan dilində dərsliklər yox dərəcəsində idi. Professor K.Abdullayevin rəhbərliyi altında tezliklə bu boşluğu doldurmaq mümkün oldu və qısa müddət ərzində istilik energetikası sahəsində 12 böyük həcmli dərslik nəşr edildi.
Kamal müəllimin nüfuzlu "Elmin açarı" mükafatı ilə təltif olunması onun banisi olduğu elmi məktəbin bütün tələbələrini ürəkdən sevindirir. Bu əlamətdar hadisə münasibətilə sevimli müəllimimizi təbrik edir və ona müstəqil dövlətimizin gələcək inkişafı naminə daha yüksək nailiyyətlər arzulayırıq.

{nl}

Muxtar AĞAMALIYEV, ADNA-nın istilik energetikası kafedrasının professoru, texnika elmləri doktoru, Yetər ƏLİYEVA, ADNA-nın elmi katibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında