Azərbaycanda uşaqlar dövlət qayğısı ilə əhatə olunmuşlar

İyunun 1-də Təhsil Nazirliyində Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini vurğulamışdır.
Nazir ümummilli lider Heydər Əliyevin uşaqlara göstərdiyi böyük diqqət və qayğıdan danışmış, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
O, son illərdə ölkəmizdə uşaq müəssisələrinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunduğunu və müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırmışdır.
M.Mərdanov, eyni zamanda qeyd etmişdir ki, respublikamızda 40-dan çox dövlət uşaq müəssisəsi fəaliyyət göstərir.
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın əhəmiyyətini xatırladan nazir, bu sahədə YUNİSEF ilə birgə həyata keçirilən tədbirlərin səmərəli olduğunu söyləmişdir.
Nazir "Uşaq qaynar xətt" xidmətinin uğurlu rolunu da vurğulamışdır.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafa təmsil etdiyi beynəlxalq təşkilat ilə ölkəmizin Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Qeyd edək ki, 1950-ci il iyunun 1-də BMT-nin Baş Məclisi tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı səslənən təkliflərə əsasən, 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında