Məktəbdə son zəng çalınmışdır

Bakının şəhid İlqar Əbilhəsənov adına 42 nömrəli orta məktəbində son zəng mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Direktor Firəngiz Həmidova təhsil ocağında qazanılan uğurlardan danışmış, məzunları məktəbin adını həmişə uca tutmağa çağırmışdır. F.Həmidova məzunlara gələcək həyatlarında uğurlar arzulamış və bildirmişdir ki, bu tədris ilində təhsil müəssisəsinin XI sinfini 87 gənc bitirir.
Müəllimlər və valideynlər məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, şərəflə yaşamağı və çalışmağı tövsiyə etmişlər.
Çıxış edən məzunlar onları müstəqil həyata hazırlayan müəllimlərinə minnətdarlıqlarını bildirmişlər.
Birincilər məzunları şeirlə təbrik etmiş və onlara gül dəstələri bağışlamışlar. Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim etmişlər.
Mərasim məktəblilərin ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında