Milli Aviasiya Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir

Milli Aviasiya Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri açan akademiyanın rejim üzrə prorektoru Asif Abbasov 92 il əvvəl azərbaycanlılara qarşı törədilmiş erməni vandalizmindən danışmış, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səyləri birləşdirməyin zəruriliyini qeyd etmişdir.
Daha sonra 1918-ci il qanlı mart hadisələrindən bəhs edən videoslaydlar nümayiş olunmuşdur.
Akademiyanın ictimai fənlər kafedrasının baş müəllimi, tarix elmləri namizədi Lətifə Məmmədova soyqırımı hadisələrinin siyasi mahiyyətindən danışmışdır. Faciənin kökündə erməni millətçiliyinin dayandığını söyləyən çıxışçı qırğınlar zamanı ermənilərin insanların dini mənsubiyyətinə, cinsinə, yaşına fərq qoymadıqlarını diqqətə çatdırmışdır. Materialları təhlil edərkən məlum olmuşdur ki, öldürülənlərin 95-96 faizi məhz müsəlmanlardır. Natiq 1918-ci il hadisələrinin ermənilərin uzun illərdən bəri "Böyük Ermənistan" xülyalarını reallaşdırmaq üçün həyata keçirdikləri çirkin planların kulminasiya nöqtəsi olduğunu söyləmişdir.
Tarixçi qətlə yetirilənlərin sayının həmin dövrün rəsmi sənədlərində qeyri-dəqiq əks olunduğunu bildirmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, təkcə Şamaxıda 72 kənd tamamilə dağıdılmışdır. Faciənin ilk günü orada 7 minədək müsəlman vəhşicəsinə öldürülmüşdür. Mart qırğınlarının ermənilər tərəfindən azərbaycanlıların nəinki fiziki, həm də mənəvi cəhətdən məhvinə yönəldilmiş siyasət olduğunu diqqətə çatdıran çıxışçı həmin vaxt bölgələrimizdə tarixi abidələrin, məscidlərin və ibadətgahların dağıdıldığını bildirmişdir.
Akademiyanın daha bir əməkdaşı, filologiya elmləri namizədi Şərəf Cəlilli isə zəngin keçmişə malik Azərbaycanda 1918-ci il mart qırğınlarını ölkəmizin tarixində ən faciəli anlar kimi qiymətləndirmişdir. O demişdir ki, Cənubi Qafqaz üçün hər zaman təhlükə mənbəyi olan Ermənistan böyük dövlətlərin havadarlığı ilə azərbaycanlılara qarşı öz çirkin əməllərini həyata keçirmişdir.
Ş.Cəlilli Heydər Əliyev Fondunun dəstəyi ilə yaxın gələcəkdə Qubada "Soyqırımı memorial kompleksi"nin ucaldılması haqqında qərarın faciə qurbanlarının xatirəsinə ən böyük ehtiramın təzahürü olduğunu söyləmişdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında