Rusiya alimləri Azərbaycan alimi Səlahəddin Xəlilovun "Aforizmlər" kitabını yüksək qiymətləndirirlər

Fəlsəfə elmləri doktoru, professor, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Azərbaycanın tədqiqatçı filosofu Səlahəddin Xəlilovun "Aforizmlər. Seçilmişlərdən seçilmiş" adlı kitabının təqdimatından sonra AzərTAc-ın müxbiri ilə müsahibəsində demişdir: "Bu kitabı müəllif ən uğurlu və qiymətli aforizmlərin seçilməsi yolu ilə hazırlamışdır və kitaba daxil edilmiş bir çox aforizmlərin ilk dəfə təqdim olunması böyük əhəmiyyət kəsb edir".
Onun fikrincə, kitabda oxucu onu maraqlandıran hər mövzuda müdrik kəlamlar tapacaqdır. O demişdir: "Bəli, meyarlar nisbidir və başqa tərtibçilər etiraz edə bilərlər ki, onların kitabında olan aforizmlər daha səylə seçilmişdir. Kitab heç bir üstünlük barədə düşünülmədən oxucuların mühakiməsinə verilmişdir və biz ümid edirik ki, Azərbaycanın görkəmli filosofu, professor Səlahəddin Xəlilovun aforizmlərin seçilməsi prosesində göstərdiyi böyük səylər öz bəhrəsini verəcək, hər bir oxucu özünə lazım olan mühüm fikirləri və kəlamları tapa biləcəkdir. Aforizm janrı özünəməxsus bir janrdır və S.Xəlilovun kitabında təkcə bəşəriyyətin yaradıcı düşüncəsi deyil, həm də onları seçmiş, məcmuəni tərtib etmiş bir insan diqqəti cəlb edir. Azərbaycan alimi ilə ünsiyyətdə olarkən onun dərin fikirləri və geniş bilikləri adamı valeh edir. Beləliklə, son söz oxucunundur".
A.Çumakov həmçinin qeyd etmişdir ki, Səlahəddin Xəlilov çox tanınmış, yaradıcı və kreativ bir insandır, Rusiyanın fəlsəfə mühitinə yaxşı tanışdır.
A.Çumakov bildirmişdir ki, aforistikaya dair kitablara maraq getdikcə artır. Başqa ölkələrdə olduğu kimi, Rusiyada da lakonik fikirlərdən, keçmişin və indiki dövrün mütəfəkkirlərinin kəlamlarından ibarət kifayət qədər kitablar çap olunur. Bu kəlamlar şifahi nitqdə geniş istifadə edilir və gündəlik həyatımızda bir növ strateji istiqamətverici rolunu oynayır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında