Ərzurumda keçirilən beynəlxalq tədbirlər başa çatmışdır

Bu günlərdə Türkiyənin Ərzurum şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının iclası və Birinci Qış Anadolu sammiti keçirilmişdir.
2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət məqsədilə yaradılmışdır. Konsorsiumun İcraedici Şurasına 9 nəfər daxildir. Bunlar Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Univeristetinin rəhbərləridir. Azərbaycandan isə bu mötəbər qurumda ölkəmizi Azərbaycan Turizm İnsitutunun rektoru Cəfər Cəfərov təmsil edib.
Toplantını giriş sözü ilə Konsorsiumun prezidenti, Atatürk Universitetinin rektoru, doktor Hikmet Koçak açmışdır. İcraedici Şuraya üzv olan ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ilkin mərhələdə konkret bir istiqamət üzrə tədrisin uyğunlaşdırılması, gələcəkdə konsorsiuma qoşulmaq istəyən tərəflər arasında Anlaşma Memorandumunun vahid forması, ESRUC üzvlərinin vahid məlumat bazasının yaradılması, Avropa İttifaqının Erasmus Mundus proqramına müvafiq əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə edilmişdir. ATİ-nin rektoru C. Cəfərov iclasda səslənən fikirlərə münasibət bildirdikdən sonra müəllimlərin işə götürülməsi, ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması, birgə elanların işlənib hazırlanması, veb səhifənin fəaliyyətinin genişləndirilməsi, Qərb ölkələrinin ali təhsil məktəblərinin təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı təkliflərini bildirmişdir. Azərbaycan tərəfinin təklifi ilə Ümumdünya Turizm Təşkilatının İpək Yolu proqramı çərçivəsində 2012/2013-cü illər üçün müəyyən edilmiş strategiya və istiqamətlərin ESRUC-un İpək Yolu proqramı ilə əlaqələndirilməsi, xüsusilə gələcək kadrlar qismində ali təhsil müəssisələri tələbələrinin bu prosesə cəlb edilməsi, turizm üçün faydalı istiqamətlər üzrə tədqiqatların aparılması qərara alınmışdır.
İcraedici Şuranın III iclası ilə paralel olaraq Birinci Qış Anadolu Sammiti- "Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr" adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Pakistan, Malayziya, Banqladeş, Tacikistan, ABŞ, Monqolustan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Bosniya və Hersoqovina, Türkiyə, Hindistan və digər ölkələrdən alim, təhsil işçiləri və hökümət nümayəndələri daxil olmaqla 150-dən çox nümayəndə iştirak etmişdir. Ölkəmizi Azərbaycan Turizm İnstitutunun dekanı Nəsirulla Nəsirli, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Tünzalə Yusifova və Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev təmsil etmişlər. N. Nəsirli Aqrar turizmdə yeni istiqamətlər və Azərbaycanda onun inkişaf perspektivləri mövzusunda məruzə ilə çıxış etmişdir. Plenar iclasların birinə ATİ-nin rektoru C.Cəfərov rəhbərlik etmişdir. Həmin iclasda ABŞ-ın Ohayo Dövlət Universitetinin nümayəndəsi Dr.Ceki Qudvay "Gənclər idmanın təbliğinin inkişaf perspektivi", Monqolustanın Milli Universitetinin rektoru Timur-Oçir Sancbegz "İpək Yolu və Monqolustanda turizm", Pakistanın Preston İdarəetmə, Elm və Texnologiya İnstitutunun icraçı direktoru, professor Asim Nazir Əhməd "Turizm iqtisadiyyatda davamlı inkişafın təminatçısıdır", Qazaxıstanın Al-Farabi adına Qazax Milli Universiteinin dekan müavini, professor Kakimcanov Erkin Hamitoviç "GİS üsulu ilə Almatıda turizm infrastrukturunun planlaşdırılması" mövzusunda məruzələr etmişlər.
Toplantının sonunda nümayəndə heyəti ilə sammitin təşkilatçısı olan Atatürk Universiteti rəhbərliyinin görüşü olmuş, qarşılıqlı əlaqələrin daha da sıxlaşdırılması istiqamətində müzakirələr aparılmışdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında