Bakinin 7 nömrəli ümumtəhsil orta məktəbinin nümayəndələri Braziliyadan qələbə ilə qayitmişlar

Bakı, 8 dekabr (AzərTAc). Səbail rayonundakı M.Rahim adına 7 nömrəli ümumtəhsil orta pilot məktəbi "Microsoft" şirkətinin təşkilatçılığı ilə keçirilən "İnnovativ məktəblər forumu və şəbəkəsi" layihəsində uğurla iştirak edərək dünya üzrə 30 qalibdən biri olmuşdur.

{nl}

Məktəbin nümayəndə heyəti Braziliyanın Salvador şəhərində keçirilmiş dünya məktəblərinin forumunda Azərbaycanı layiqincə təmsil etmişdir.

{nl}

Dekabrın 8-də məktəbdə nümayəndə heyəti ilə görüş olmuşdur.

{nl}

"Microsoft" şirkətinin ölkəmizdəki nümayəndəliyinin təhsildə əməkdaşlıq üzrə proqram meneceri Emin Axundov "İnnovativ məktəblər forumu və şəbəkəsi" layihəsi, bu layihədə məktəbin iştirakı haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu ilin əvvəlində layihədə iştirak etmək üçün dünyanın 110-dan artıq ölkəsindən ərizələr toplanmışdır. Azərbaycandan bu şəbəkəyə düşmək üçün üç məktəb ərizə vermişdir. Nəticədə 30 qalib arasında Azərbaycandan ilk dəfə olaraq 7 nömrəli orta məktəb də seçilmişdir. Biz ümid edirik ki, gələn ildən Azərbaycanın digər məktəbləri də bu layihəyə qoşulacaqdır. 7 nömrəli orta məktəb bir il ərzində layihədə fəal iştirak edəcəkdir.

{nl}

"Microsoft" şirkətinin ölkədəki nümayəndəliyi Azərbaycanda yerli innovativ məktəblər şəbəkəsini də yaratmaq niyyətindədir. Qlobal layihədə iştirak etmiş Zərifə Əliyeva adına məktəb-lisey və Bakı Avropa liseyi də bizə müəyyən təkliflərini vermişlər. Şirkətimiz bu məktəblərlə birlikdə yeni layihələr həyata keçirməyi də nəzərdə tutmuşdur.
7 nömrəli orta məktəb isə artıq dünya üzrə 30 ən yaxşı məktəbin qlobal şəbəkəsindədir və onların layihədə fəaliyyəti artıq başlamışdır. Layihə çərçivəsində seçilmiş bu 30 məktəb üçün virtual universitetlər təşkil olunacaqdır. Xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər, ekspertlər internet vasitəsilə bu məktəblər üçün müəyyən mövzular üzrə təlimlər keçəcəklər.

{nl}

Dünya məktəblərinin forumu barədə məlumat verən 7 nömrəli ümumtəhsil orta pilot məktəbinin direktoru Gülnaz Mehdizadə demişdir ki, internet vasitəsilə ilk tanışlıqdan sonra 30 məktəbin nümayəndələri ilə bərabər biz də Braziliyanın Salvador şəhərində olduq. Nümayəndə heyətinə mən, informatika müəllimi Gülnarə Səlimova, ingilis dili müəllimi Məlahət Rəhimova daxil idik. Forum çərçivəsində müəllimlər üçün seminarlar və təlimlərlə yanaşı müsabiqə də keçirilmişdir. Müəllimlər bir-birinin tədris layihələrini qiymətləndirmişlər. Qeyd edim ki, Gülnarə Səlimova Avropa müəllimlərinin buna oxşar müsabiqəsində əvvəllər də iştirak etmişdir. layihənin iki mərhələsini uğurla keçərək dünya üzrə 30 ən yaxşı məktəbin siyahısına düşmək bizim üçün olduqca şərəflidir. Forumda iştirak edərək dünya məktəblərinin təcrübəsi ilə tanış olduq. Biz özümüz də foruma üç istiqamət üzrə işlədiyimiz layihələri aparmışdıq. Hazırda konsepsiya kimi bu layihələr üzərində intensiv iş aparırıq və onlardan birini yanvar ayınadək yekunlaşdırıb Təhsil Nazirliyinə təqdim etmək niyyətindəyik. Braziliyada forumun iştirakçısı olan dövlətlərin bayraqları arasında Azərbaycanın bayrağını qürurla seyr edirdik. Hazırda işimizdə böyük dönüş yaratmağa çalışırıq. Müəllimlərimizin böyük potensialı vardır, mən onlara inanıram. Onu da deyim ki, bizim məktəb təhsil üzrə bütün yeniliklərin təcrübə mərkəzidir. Yəni artıq 10 ildən çoxdur ki, məktəbimiz pilot məktəblərdən biridir, bu istiqamətdə bütün layihələrdə iştirak edirik.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında