Naxçıvan Dövlət Universitetində birgə konfrans

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə "Təhsil müəssisələrində mülki müdafiənin tədrisinə diqqət artırılmalıdır" mövzusunda konfrans keçirilib. 
Rektor, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edərək mülki müdafiə işinin təşkili məsələsinin vacibliyi, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Emin Qasımov Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin yaranma tarixi, strukturu və beşillik fəaliyyəti haqqında məlumat verib.
NDU-nun Mülki müdafiə Qərargah rəisi Fəxrəddin Əliyev "Naxçıvan Dövlət Universitetində mülki müdafiə işinin təşkili" mövzusu ətrafında məruzə edərək tələbələrin bu sahədə biliklərinin artırılması, mənəvi-psixoloji hazılıq səviyyəsinin yüksəldilməsi, əməli vərdişlərinin formalaşmasına yönələn və Muxtar Respublika Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil olunan təlimlərin, məşğələlərin rolundan danışıb.
Tədbirdə çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayevin "Naxçıvan Dövlət Universitetində mülki müdafiə və fövqəladə hallara hazırlığın tədrisi", Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili şöbəsi yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət baş leytenantı Mirtaleh Seyidovun "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır", mülki müdafiə işinin təşkili şöbəsi mülki müdafiə kursunun elmi-metodik işlər üzrə baş müəllimi, leytenant Şərif Əsədovun "Radioaktiv, kimyəvi, güclü təsirli zəhərləyici maddələr və bakterial vasitələrlə zəhərlənmələr, mühafizə üsulları, özünə yardım və qarşılıqlı yardım qaydaları", Böhran vəziyyətlərində idarəetmə mərkəzinin zabiti, leytenant Xəyyam Muradovun "Böhran vəziyyətlərində idarəetmə mərkəzi-fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əlaqələndirmə mərkəzidir" adlı məruzələri dinlənilib.
Tədbirin gedişində nazirliyin fəaliyyətini əks etdirən film göstərilib.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında