Bakı Dövlət Universiteti təhsil əlaqələrini genişləndirir

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovla görüşmüşdür. 
Görüşdə Azərbaycan-Pakistan iqtisadi-siyasi və mədəni əlaqələri barədə fikir mübadiləsi aparılmışdır.
Akademik A.Məhərrəmov demişdir ki, respublikamız müstəqillik qazandıqdan sonra ən sıx əlaqə saxladığımız ölkələrdən biri Pakistan olmuşdur. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistan ilə əlaqələrimiz gündən-günə genişlənir, sürətlə, dinamik inkişaf edir.
İki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsildə əməkdaşlıqdan danışan rektor bildirmişdir ki, 2001-ci ildən BDU-nun şərqşünaslıq fakültəsində urdu dili tədris olunur. Hazırda universitetdə bu ixtisas üzrə 32 tələbə təhsil alır. Onlara urdu dili və ədəbiyyatı ilə yanaşı, Pakistanın tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti və hüquq sistemi ilə bağlı fənlər tədris olunur. İndiyədək 56 bakalvr və dörd magistr urdu dili ixtisası üzrə təhsilini başa vurmuşdur.
Urdu dilini öyrənən tələbələrin Pakistanda təcrübə keçməsinin vacibliyini vurğulayan A.Məhərrəmov ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Xalqlarımız arasında oxşar ənənələrdən danışan Mir Can Camali Azərbaycana ilk dəfə 1993-cü ildə səfər etdiyini, son illər ölkəmizdə irəliyə doğru çox mühüm dəyişikliklərin baş verdiyini xüsusi vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan sürətli iqtisadi inkişafı ilə hazırda dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Neftdən gələn gəlirlər ölkə əhalisinin rifahına yönəldilmişdir.
Mir Can Camali bildirmişdir ki, ölkələrimiz arasında əlaqələrin yaranmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Hazırda ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionda güclü, qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkənin beynəlxalq aləmdə siyasi nüfuzunun genişlənməsindən xəbər verir.
Ermənistanın Azərbaycana təcavüzünü, ermənilərin Xocalıda törətdikləri soyqırımını pisləyən pakistanlı qonaq demişdir ki, onun ölkəsi həmişə Azərbaycanın yanında olacaqdır.
Mir Can Camali iki ölkə arasında bütün sahələrdə, xüsusilə də təhsildə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış, BDU-nun Pakistandakı ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirəcəyinə və onlara hərtərəfli yardım edəcəyinə ümidvar oduğunu bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında