Bakı Dövlət Universitetində "Cinayətkarlıq və cəza" kitabının təqdimatı olmuşdur

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada çap edilmiş "Cinayətkarlıq və cəza" kitabının təqdimatı olmuşdur.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır.
Professor və müəllimlərin, mütəxəssislərin, rusiyalı alimlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Rusiya əlaqələrinin əhəmiyyətindən danışmışdır.
Rəhbərlik etdiyi ali məktəb barədə məlumat verən rektor xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırlatmışdır.
Akademik A.Məhərrəmov ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Dimitri Medvedevin Bakı Dövlət Universitetinin Fəxri doktorları olduqlarını diqqətə çatdırmışdır.
BDU-da 17 fakültənin fəaliyyət göstərdiyini, 19 mindən çox tələbənin təhsil aldığını qeyd edən rektor, universitetdə elmin, təhsilin, o cümlədən hüquq təhsilinin inkişafı üzrə həyata keçirilən tədbirlərdən və təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışmışdır.
"Cinayətkarlıq və cəza" kitabı barədə fikirlərini açıqlayan rektor bildirmişdir ki, bu nəşrin təqdimatının Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki XX əsrin ən böyük cinayətlərindən olan Xocalı qətliamını törədən qəsbkar ermənilər hələ də cəzalandırılmamış, dünya birliyi isə bu cinayətlə bağlı qəti etirazını bildirməmişdir.
BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məlikova, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki Aleksandr Bastrıkin, Rusiya Federasiyası Dövlət Dumasının Komitə sədri Vladimir Pligin, Rusiya Federasiyası Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov və digər çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan aliminin bu kitabında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir.
Professor İ.Rəhimovun elmi nailiyyətlərini xatırladan natiqlər onun 5 monoqrafiyanın, çoxlu sayda məqalələrin müəllifi olduğunu söyləmişlər.
Hüquq fakültəsinin tələbələri, mütəxəssislər üçün nəzərdə tutulan nəşrin rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünasları Aleksandr Bastrıkin və Yuri Qolikdir.
Kitabın müəllifi, professor İlham Rəhimov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında