Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Xocalı-1992" kitabı çapdan çıxmışdır

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdirdiyi "Xocalı-1992" kitabı işıq üzü görmüşdür.
Azərbaycan, ingilis, fransız və rus dillərində nəşr olunmuş kitabda Xocalı soyqırımının XX əsrdə monoetnik dövlət yaratmaq kimi iyrənc şovinist siyasət yürüdən ermənilərin Azərbaycan xalqının başına gətirdikləri ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanır.
Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdikləri kitabda əksini tapmışdır. Həmin gün şəhərin dinc əhalisindən 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. İtkin düşmüş 155 nəfərin taleyi indiyədək məlum deyildir.
Mərkəzin nəşr etdirdiyi "Xocalı - 1992" kitabı Azərbaycan dövlətinin Xocalı soyqırımının bütün dəhşətləri ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni vandallarının əsl simasının ifşa olunması istiqamətində apardığı sistemli işin tərkib hissəsidir. Nəşr Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət kəsb edir.
Kitaba xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri, həmçinin insanlığa utanc gətirən faciə barədə məqalə və məlumat-soraq materialları daxil edilmişdir.
Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində nəşr edilməsi rəmzi məna daşıyır. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən faciəvi və qanlı hadisəsi barədə gerçəkliyi bir daha diqqətə çatdırır.
"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi məsləhətçisi və "Ön söz"ün müəllifi Milli Məclisin deputatı, AVCİYA-nın prezidenti Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında