Misir MƏRDANOV: "Azərbaycanın orta məktəblərində 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik olunacaq"

"Hələ "Təhsil haqqında" Qanun qəbul olunarkən, Təhsil Nazirliyi olaraq biz ciddi-cəhdlə çalışdıq ki, orta məktəblərdə 12 illik təhsilə keçilsin. Təəssüf ki, o zaman bu baş tutmadı. Amma qanunun qəbulundan bir müddət keçəndən sonra hamı görür ki, bir çox ölkələrdə - dünya ölkələrinin təxminən 90 faizində məhz 12 illik təhsil tətbiq olunur. Ona görə də yəqin ki, bizim də qanunvericilikdə dəyişiklik olunacaq və 12 illik təhsilə keçməklə bağlı qərar qəbul ediləcək".
APA-nın xəbərinə görə, bu barədə açıqlama verən təhsil naziri Misir Mərdanov bildirib ki, 12 illik təhsilə keçilərsə, 10 illik təhsil icbari olacaq: "Qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar. Bununla, həmçinin bu gün Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkiləcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında