"Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Fevralın 16-da "Park İnn" mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması çərçivəsində "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, ziyalılar, Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.
YAP sədrinin müavini- icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək Azərbaycan təhsilinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Ölkəmizdə həyata keçirilən islahatlar, xüsusən də təhsil sahəsində görülən işlər yeniləşmə, modernləşmə prosesi Azərbaycanın bugünkü inkişafının fundamental əsası kimi qəbul olunur, onun gələcək inkişafının əsasının formalaşdırılması kimi nəzərdən keçirilir. Bu mənada, Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar çox əhəmiyyətli sərəncam imzalamışdır. Sərəncamda inkişafımızın növbəti illərdə əsas istiqamətləri və bu inkişaf nəticəsində qarşıya qoyulan hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. İnkişaf Konsepsiyasında əhəmiyyətli yer tutan sahələrdən biri də Azərbaycanın milli təhsilidir. Təhsilin inkişafı, yeniləşməsi, daha aydın hədəflərin müəyyənləşməsi Azərbaycanın inkişafının ən vacib istiqamətini və bünövrəsini təşkil edir.
Ə.Əhmədov vurğulamışdır ki, ölkəmizdə təhsil sahəsində son illər böyük işlər görülmüşdür. Təhsilin inkişafı və təhsilə qayğı dövlətimizin siyasətinin və hökumətimizin fəaliyyətinin prioritetinə çevrilmişdir. Azərbaycanda təhsil infrastrukturunun yeniləşməsi, bu sahədə Dövlət proqramlarının qəbulu, təhsilin modernləşməsi sahəsində həyata keçirilən islahatlar ümumilikdə təhsilə böyük diqqət və qayğının bariz nümunəsidir.
Sonra təhsil naziri Misir Mərdanov "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, hələ 1970-80-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə təhsil ölkənin ən prioritet sahələrindən biri olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu sahəyə diqqət daha da artmışdır. Ötən illər ölkənin müxtəlif sahələrini əhatə edən 60-dan çox Dövlət Proqramı qəbul olunmuşdur. Təhsil sahəsində belə proqramların sayı 10-dan çoxdur. Həmin dövlət proqramları təhsil sahəsində qazanılan uğurların əsasını təşkil etmişdir.
Bildirilmişdir ki, 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən təsdiq olunmuş "Təhsil islahatı" Proqramına uyğun olaraq, Dünya Bankı ilə birlikdə iki layihə həyata keçirilmişdir (1999-2003, 2003-2008). 2009-2014-cü illəri əhatə edən üçüncü layihənin icrası isə davam etdirilir.
Nazir dövlətin təhsilə ayırdığı büdcə vəsaitinin, təhsilə yatırılan investisiyaların ilbəil artırıldığını diqqətə çatdırmışdır.
M. Mərdanov Dövlət Proqramları çərçivəsində Təhsil Nazirliyinin gördüyü işlər və əldə olunmuş nəticələr barədə də məlumat vermişdir.
Vurğulanmışdır ki, son illər təhsildə ən yüksək nəticə ümumtəhsil məktəbinin infrastrukturunun yeniləşməsi sahəsində əldə olunmuşdur. Bu sahə ilə əlaqədar bir neçə proqram təsdiq edilmişdir. Əsas məqsəd ümumtəhsil məktəblərinin maddi-texniki və tədris bazasının gücləndirilməsi və müasirləşdirilməsidir. Bu proqramların, eləcə də Heydər Əliyev Fondunun və digər mənbələrin hesabına son illər ölkəmizdə 550 min şagird yerlik 2 min 200 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. 708 məktəb müasir avadanlıqla, 400 məktəb tədris laboratoriyaları ilə təchiz olunmuş, 7 min məktəbin istilik sistemi yenidən qurulmuşdur. Görülən işlərin nəticəsində ikinövbəli məktəblərin sayı 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlərin sayı 34,5 faizdən 21 faizə enmiş, bir milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.
M. Mərdanov vurğulamışdır ki, əsas hədəfimiz birnövbəli və beşgünlük iş həftəsinə keçməkdir və yaxın zamanlarda buna nail olunacaqdır.
Nazir yeni ümumtəhsil modulunun əsasının qoyulması sahəsində mühüm işlərin görülməsindən, bu məqsədlə yeni təhsil proqramlarının, kurikulumların, yeni dərsliklərin hazırlanmasından danışmışdır. Yeni fənn proqramları ilə tədrisə başlayan 40 minədək ibtidai sinif müəlliminin təlimdən keçdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 400 adda dərsliyin məzmunu yeniləşdirilmiş, son illər 50 milyon nüsxədən çox dərslik çap olunaraq şagirdlərə pulsuz paylanmışdır.
Ölkəmizdə "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinin əhəmiyyətini vurğulayan nazir demişdir ki, 1998-2011-ci illərdə Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq səviyyəli digər bilik yarışlarında 18 qızıl, 38 gümüş, 71 bürünc medal qazanmışlar. Ümumtəhsil məktəblərinin məktəbdənkənar müəssisələrə cəlb olunmuş şagirdləri respublika və beynəlxalq yarışlarda ümumilikdə 1886 medal qazanmışlar.
M. Mərdanov ali və orta məktəblərdə informasiya kommunikasiyaları texnologiyalarının tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər, təhsilin stimullaşdırılması istiqamətində keçirilən müsabiqələr haqqında da ətraflı danışmışdır.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alanların sayının ilbəil artdığını qeyd edən nazir 2015-ci ilədək onların sayının 5 minə çatdırılmasının əsas hədəflərdən olduğunu vurğulamışdır. Bildirilmişdir ki, proqram çərçivəsində xaricdə təhsil almaq üçün göndərilmiş 1204 nəfərdən 322-si artıq təhsili başa vurmuşdur. 853 nəfər isə 23 ölkənin 200-dək universitetində təhsilini davam etdirir. Ümumilikdə 10 mindən çox azərbaycanlı gənc hazırda xarici ölkələrdə təhsil alır.
Daha sonra M. Mərdanov gələcəkdə təhsil sahəsində həyata keçiriləcək mühüm layihələrdən, görüləcək işlərdən ətraflı bəhs etmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil sahəsində inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsində tədbirin əhəmiyyətindən danışmışdır. B. Muradova təhsil sahəsinin, həmişəki kimi, gələcəkdə də Azərbaycanın əsas prioritetlərindən biri olacağını, "dəyirmi masa"nın qarşıya qoyduğu hədəflərə nail olduğunu bildirmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri Asəf Hacıyev, Səlahəddin Xəlilov, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.
Tədbirdə təhsilimizin inkişafı sahəsində mühüm əhəmiyyəti olan bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında