Milli Aviasiya Akademiyası Bilgəhdəki müharibə və əmək veteranları üçün pansionatda xeyriyyə tədbiri keçirmişdir

Fevralın 15-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin təşəbbüsü ilə Bilgəhdəki müharibə və əmək veteranları üçün pansionatda xeyriyyə tədbiri keçirilmişdir.
Doğmalarının və yaxınlarının qayğı və nəvazişindən uzaq, həyatlarının ən müdrik çağlarını yaşayan bu insanların könlünü şad etmək məqsədilə pansionatda nahar süfrəsi və konsert təşkil olunmuşdur.
Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov akademiyanın rektoru, akademik Arif Paşayevin təşəbbüsü ilə keçirilən bu xeyriyyə aksiyasının xalqımızın qədim adət-ənənələrinə söykənən, ağsaqqal və ağbirçəklərə sevginin, ehtiramın və hörmətin əlaməti kimi qiymətləndirmişdir. Prorektor ölkəmizdə yaşlı insanlara göstərilən dövlət qayğısından danışmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, dinamik və davamlı inkişaf barədə məlumat verən Ə.Səmədov Prezident İlham Əliyev tərəfindən istər mədəniyyət, incəsənət, təhsil, istərsə də bütün sahələrdə görülən genişmiqyaslı tədbirlər və əldə olunmuş uğurlardan danışmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin artıq beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu vurğulayan akademiyanın prorektoru, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin uğurlarının xaricdə təbliği ilə bağlı görülən işləri də diqqətə çatdırmışdır.
Tədbir akademiyanın tələbələrinin ifasında konsert proqramı ilə davam etmişdir.
Sonra tədbirdə çıxış edən xalq şairi, MAA-nın kafedra müdiri, professor Nəriman Həsənzadə ahıl yaşında doğmalarının, övladlarının qayğısından məhrum olan bu insanlara cansağlığı arzulamış, akademik Arif Paşayevin təşəbbüsü ilə həyata keçirilən bu xeyriyyə tədbirinin hər kəs üçün örnək olacağını bildirmişdir. Professor N.Həsənzadə bu qəbildən insanların yaxınlarının da, doğmalarının da Azərbaycan dövlətinin olduğunu bildirmişdir. N.Həsənzadə həyatın sərt üzü ilə rastlaşan qocaların problemlərinin Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayaraq demişdir: "Kimsəsiz ahıllara, uşaqlara, əlillərə dövlətimiz yüksək qayğı göstərir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür".
Akademiyanın həmkarlar ittifaqı komitəsinin sədri, dosent Musa Musayev, texniki təchizat şöbəsinin rəisi Fikrət Hüseynov MAA-nın rektoru, akademik Arif Paşayevin göstərişi ilə keçirilən bu görüşün əhəmiyyətindən danışmışlar. Yaşlı insanlara diqqət və qayğı göstərməyin mənəvi borc olduğunun diqqətə çatdırıldığı tədbirdə bildirildi ki, milli mənəvi dəyərlərimizin qoruyucusu, daşıyıcısı və nəsillərdən-nəsillərə ötürücüsü olan ağsaqqalların təcrübəsindən bəhrələnmək, onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında nüfuzunu qorumaq vərdişlərini gənclərə aşılamaq vacib vəzifələrdən biridir.
Pansionatın sakinləri adından danışan Minə xanım akademik Arif Paşayev başda olmaqla, akademiyanın bütün əməkdaşlarına təşəkkürünü bildirmişdir. O, pansionatın sakinlərinin belə tədbirlərə ehtiyacı olduğunu vurğulamış, akademik A.Paşayevin böyük alicənablıq, savab iş gördüyünü diqqətə çatdıraraq demişdir: "Bu görüş uzun müddət hafizəmizdən silinməyəcəkdir. Doğma münasibətə, qayğıkeşliyə və bizə unudulmaz anlar yaşadan maraqlı tədbirə görə hörmətli Arif müəllimə, onun rəhbərlik etdiyi ali təhsil ocağının bütün əməkdaşlarına sakinlərimiz adından təşəkkürümüzü bildiririk".
Tədbirin sonunda pansionatın sakinlərinə hədiyyələr təqdim olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında