Romada "Azərbaycanda demokratik institutlar və insan hüquqları" mövzusunda konfrans keçirilmişdir

Romada Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) "Azərbaycanda demokratik institutlar və insan hüquqları" mövzusunda konfrans keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən bildirmişlər ki, tədbiri BMİ-nin direktoru, professor Ettore Qreko açmışdır.
Konfransda BMİ-nin direktor müavini xanım Natali Toççi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə, Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Laurens Şits və Azərbaycan Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsinin dekanı Anar Vəliyev çıxış etmişlər. İngiltərənin Sülh İmkanları təşkilatının Qafqaz üzrə layihə rəhbəri Mark Behrendt isə tədbirin aparıcısı olmuşdur.
Tədbirdə ölkəmizin müstəqilliyini bərpa etdiyi son 20 il ərzində demokratikləşmə, əsas insan hüquq və azadlıqlarının təmini sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər barədə məlumat verilmiş və onların aradan qaldırılması ilə bağlı mülahizələr irəli sürülmüşdür.
Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.
Konfransda İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, bu konfrans BMİ-nin Azərbaycan ilə bağlı keçirməyi planlaşdırdığı silsilə tədbirlərin üçüncüsüdür. İl ərzində BMİ tərəfindən Azərbaycan ilə bağlı digər mövzuda konfransların da keçirilməsi nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında