Koreyalı tələbələrin bayramı

Naxçıvan Dövlət Universitetində təhsil alan Cənubi Koreyadan olan tələbələr Koreya Respublikasının milli bayramı - Sollal bayramını qeyd etmişlər. Universitetin rektoru, akademik İsa Həbibəylinin iştirakı ilə keçirilən bayram tədbirində universitetin Nigeriyadan, Banqladeşdən, İran İslam Respublikasından, Qazaxıstandan, Türkiyədən olan tələbələr də iştirak etmişlər. 
Rektor tələbələri bayram münasibətilə təbrik edərək Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq milli universitetləri ilə mövcud sıx əməkdaşlıqdan, KOİCA dövlət agentliyi ilə müqavilə çərçivəsində elektron təhsil sahəsində həyata keçiriləcək layihələrdən danışmış, koreyalı tələbələrin universitet həyatında fəal iştirakını vurğulamışdır.
Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs magistrantı Yanq Miyunqca bayram haqqında ətraflı məlumat vermiş və bildirmişdir ki, Yeni ilin gəlişinin carçısı - Sollal bayramı Koreya xalqının ən sevimli və ikinci ən əhəmiyyətli bayramıdır. Hər il birinci ayın ilk günündə bütün ailə milli geyim - "xanbok"da bir-birinə bayram diləklərini çatdırmaq və ənənəvi bayram yeməyi olan "ttokkuk" şorbasını dadmaq üçün bir araya gəlir. Bu bayram tətilləri zamanı hər kəs ənənəvi Koreya tamaşa və milli oyunlarını izləmək, Koreya mədəniyyəti, adətləri haqqında məlumat toplamaq və asudə vaxtını mənalı, şən keçirmək imkanı qazanmış olur. Adətən bayramdan öncəki və sonrakı günlər qeyri iş günləri sayılır. Bu da koreyalılara ailə ilə xoş istirahət imkanı qazandırır. Bu bayramda adətən qohumlarla birlikdə əcdadlar yad olunaraq qəbirləri ziyarət edilir, ənənəvi oyunlar təşkil olunur və insanların sadəcə yaxın ünsiyyəti təmin olunur. Bayram tətili müddətində paytaxt Seulda rəngarəng mərasimlər keçirilir. Xüsusilə Namsan dağı üzərində yerləşən ənənəvi xanok evləri kəndi, Minsokçxon Koreya folklor kəndi və Milli Etnoqrafiya muzeyi qonaqların ixtiyarına verilir.
Tədbirdə koreyalı tələbənin ifasında "Azərbaycan" şeiri qiraət olunmuş, sonda tələbələrə universitet rəhbərliyi tərəfindən simvolik hədiyyələr təqdim olunmuşdur.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında