Yeni nəşrlər. "Hər ağacdan bir yarpaq"

Dünya şöhrətli alman filosofu İ.Kant demişdir ki, "sənətlərin ən gözəli poeziyadır". Həqiqətən də belədir. Poeziya insan ruhunu oxşayan sehirli bir xəzinədir. Buna görə də şairlik təbi olan hər kəs bu xəzinəni daha da zənginləşdirməyə səy göstərir. Ömrünün müdriklik çağını yaşayan Hacı Cabir Xəlifəzadə kimi. O, hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılığa, ədəbiyyata, şeirə həvəs göstərmiş, dahi Nizaminin, Füzulinin poemalarını sevərək əzbərləmiş, onlardan ilhamlanaraq doğma yurdunu, onun əsrarəngiz təbiətini tərənnüm etmişdir.
Lakin C.Xəlifəzadə yazdığı poeziya nümunələrindən oxucu uzun illər xəbərsiz olmuşdur, daha doğrusu, onları dərc etdirməmişdir. Əsasən öz peşəsinə aid kitablar yazıb nəşr etdirmişdir. Hacı Cabir ustad kulinardır. Azərbaycan mətbəxinin, süfrə mədəniyyətinin mahir bilicisidir. Onun bu mövzuya dair qələmindən çıxan 12 kitab evdar qadınlara, kafe, restoran sahiblərinə, aşpazlıq sənətini seçənlərə son dərəcə qiymətli töhfədir. Üç dildə - Azərbaycan, ingilis və rus dillərində rəngli şəkillərlə milli mətbəximizin ləziz xörəklərini təbliğ edən bu kitablar müəllifinə şan-şöhrət qazandırmışdır.
Yola saldığımız 2011-ci il Cabir müəllimin yaradıcılığında özünəməxsus iz buraxmışdır. Onun keçən il işıq üzü görən iki kitabında son illər yazdığı şeirlər toplanmışdır. "Hər ağacdan bir yarpaq" adlanan axırıncı kitabındakı poetik nümunələr uzun illərin müşahidələrindən yaranmış incə hisslərdən xəbər verir. Şeirlərdə müəllifin dünyaya göz açdığı Şəki şəhərinin ecazkar gözəlliyi, yaşadığı mühit, təbiətlə insanların qarşılıqlı münasibətləri, dostların, qohumların biganəliyi, İlahi qüvvənin yaratdığı möcüzələr, Tanrıya şükür etməyin fəzilətləri, gənc nəslə düz yol göstərmək sadə şəkildə tərənnüm olunmuşdur.
Hacı Cabir şeirlərinin dili ilə xeyriyyəçilik təşəbbüslərinin şər qüvvələrə qarşı barışmaz mövqeyini, ayrı-ayrı həyat hadisələrinə münasibətini bildirir. Kitabda həmçinin müəllifin kəşməkəşli ömür yolu öz bədii təsvirini tapmışdır. Çətin, təzadlı həyat yaşayaraq ağsaqqallıq zirvəsinə yüksələn Hacı Cabir poetik fikrin dili ilə Allahına şükür edir ki, nə yaxşı ömrünü halallıqla keçirib, ciddi səhvlərə, qəbahətlərə yol verməyib. Şükranlıq heç vaxt dilindən düşməyib. Cabir müəllimin şeirlərinin məna dərinliyi, sambalı illər ötdükcə daha da püxtələşir, şairin ürək çırpıntısı, ana torpağa bağlılığı, Vətən məhəbbəti, ağsaqqala, müdrik insanlara hörmət və ehtiramı hər sətirdə hiss olunur.
Azərbaycan Respublikasının Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Hacı Cabir Xəlifəzadə ulu öndər Heydər Əliyevə həsr etdiyi şeirində ümumxalq sevgisini özünəməxsus ustalıqla ifadə etmişdir. İncə, kövrək qəlbli şairin şeirlərinin hamısı oxucunu düşündürməklə yanaşı, insanlarda xoş ovqat yaradır.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında