Azərbaycan Universitetində məzun günü qeyd edilmişdir

Gənc Tamaşaçılar Teatrında Azərbaycan Universitetinin ənənəvi məzun günü qeyd edilmişdir. Professor-müəllim heyəti, xarici qonaqlar, valideynlər və media təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev iştirakçıları salamlamış, məzunları və valideynləri təbrik etmiş, onlara gələcək həyat yollarında uğurlar arzulamışdır.
Universitetin elmi işlər üzrə prorektoru professor Xaləddin İbrahimli Azərbaycan Universitetinin fəaliyyəti, universitetin məzunları, beynəlxalq əlaqələri, strateji inkişaf planı barədə məlumat vermişdir. Xaləddin İbrahimli göstərmişdir ki, universitet 2010-cu ilin sentyabrından ümumi sahəsi 3500 kvadratmetr olan yeni tədris binasına köçəcək. Binada simsiz internet şəbəkəsi qurulub, eyni vaxtda 50 tələbənin işləyə biləcəyi kompyuter salonu, idman və oxu zalları, media-mərkəz, təqdimat, konfrans, dəyirmi masa otaqları, eləcə də video-tele-konfrans üçün auditoriya və texnika mövcuddur.
Tədbirdə millət vəkili Əli Məsimli, professor Qəzənfər Paşayev çıxış edərək Azərbaycan Universitetinin mütərəqqi ənənələrə, tanınmış professor-müəllim heyətinə, güclü beynəlxalq əlaqələrə malik olduğunu bildirmiş, məzunları təbrik etmişlər. Sonda universitet rəhbərliyi tərəfindən məzunlara fəxri fərman və rəmzi diplomlar təqdim olunmuşdur. Tədbirin gedişində Azərbaycan Universitetinin 19 illik fəaliyyəti barədə slaydlar nümayiş etdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Universiteti 1991-ci ildən bəri fəaliyyət göstərir. 2006-ci ildən Bolonya prosesinə qoşulan universiteti fəaliyyət göstərdiyi müddət ərzində 1935 bakalavr, 210 magistr bitirib. Bu il isə 240 məzun bakalavr, 6 nəfər məzun magistr dərəcəsi alacaq. Universitetdə 25 dissertant, 4 aspirant, 3 doktorant var. Aspirant və dissertantlardan 4 nəfəri namizədlik dissertasiyası müdafiə etmiş, 3 nəfər isə müdafiə ərəfəsindədir. 3 nəfər doktorluq elmi-tədqiqat işi üzərində çalışır. Bunlardan bir nəfəri müdafiə ərəfəsindədir.
Universitetdə 17 bakalavr və 17 magistr dərəcəsi verən ixtisaslar üzrə 923 tələbə təhsil alır, 7 kafedra, 4 şöbə, 4 mərkəz fəaliyyət göstərir. Universitetin 2 fakültəsində (iqtisadiyyat, humanitar) 153 müəllim çalışır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında