Azərbaycanda dövlət vəsaiti ilə oxuyacaq tələbələrin sayı və ixtisasları açıqlanmışdır

Azərbaycan hökuməti qarşıdakı illər üçün ali məktəblərdə dövlət sifarişi ilə oxuyacaq tələbələrin və magistrantların sayını müəyyənləşdirmişdir.
Nazirlər Kabinetindən "APA-ECONOMICS"ə verilən məlumata görə, NK-nın 336s saylı qərarı ilə "Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü-2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu" təsdiq olunmuşdur. Bu proqnozlar İqtisadi İnkişaf Nazirliyinin təklifini nəzərə almaqla hazırlanmışdır.
Proqnozlara görə, qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayı 10-11 min arasında dəyişir. Belə ki, 2012/2013-cü ildə 10900 tələbə, 2013/2014-cü ildə 11070 tələbə, 2014/2015-ci ildə 11 232, 2015/2016-cı ildə 11 398 tələbənin dövlət sifarişi əsasında oxuması nəzərdə tutulmuşdur.
2012/2013-cü tədris ili üçün dövlət sifarişi ilə ən çox tələbə texniki və texnoloji ixtisaslar qrupu (2962 tələbə), təhsil ixtisaslar qrupu (2769 nəfər), iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə (1643 tələbə) nəzərdə tutulmuşdur.
Müəllim ixtisasları üzrə ən çox sifariş xarici dil (416 yer), Azərbaycan dili və ədəbiyyat (325 yer), ibtidai sinif (264 yer) və riyaziyyat müəllimliyi (200 yer) nəzərdə tutulur.
Növbəti təhsil ili üzrə ən çox sifariş bədən tərbiyəsi və idman (376 yer), iqtisadiyyat (290), menecment (233), informasiya texnologiyaları və sistemləri mühəndisliyi (215 yer), sənayenin təşkili və idarə olunması (198 yer), müalicə işi (198 yer), biznesin idarə edilməsi (190 yer), kompyuter ixtisasları (162 yer) üzrədir.
Qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq magistrantların sayı 2,5 min olacaq. 2012/2013-cü ildə 2448, 2013/2014-cü ildə 2 495 tələbə, 2014/2015-ci ildə 2 546, 2015/2016-cı ildə 2 551 magistrantın dövlət sifarişi əsasında oxuması nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında