TQDK sədri: Rusiya və Ukrayna ali məktəblərdə boş qalan plan yerlərinə azərbaycanlı abituriyentləri imtahansız qəbul edirlər

"Rusiya və Ukraynada müəyyən demoqrafik problemlər var. Əhali azalıb, ona görə də, bizim abituriyentlərimizi xarici tələbə kimi qəbul etmək istəyirlər".
APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə demişdir. M. Abbaszadə bildirmişdir ki, Rusiya və Ukraynanın ali məktəblərdə boş plan yerləri qaldığı üçün həmin yerlərə azərbaycanlı abituriyentləri yalnız attestatla və imtahansız qəbul edirlər: "Onlar tələbəni sıfır balla qəbul edib, onu öyrədir və mütəxəssis kimi yetişdirirlərsə, bu, müsbət haldır. Amma formal olaraq, tələbələri sentyabrda qəbul edir, yanvarda isə Azərbaycanın ali məktəblərinə köçürəcəksə, bu yaxşı hal deyil".
Komissiya sədri deyib ki, hazırda Azərbaycanda xaricdəki ali təhsil məktəblərindən yerli ali təhsil müəssisələrinə kütləvi şəkildə köçürmələr yoxdur: "Köçürmə halları ilə yalnız TQDK deyil, ictimaiyyət, müvafiq orqanlar da mübarizə aparmalıdır".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında