Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər

Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər. Çünki tarixçi alimlərin əlində bununla bağlı kifayət qədər faktlar vardır.
Bu fikir dekabrın 1-də Bakıda öz işinə başlamış "Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu" adlı beynəlxalq elmi konfransda səsləndirilmişdir.
Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti və Prezident yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans üç gün davam edəcəkdir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bu konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqaz Albaniyasının bir dövlət kimi Azərbaycanın və bütövlükdə Qafqazın tarixində yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaqdır. Konfrans eramızdan əvvəl dördüncü minillikdən Ərəb xilafətinin yürüşünə və ondan sonrakı dövrədək olan real tarixi ortaya qoyacaqdır. Bu tarixi mənbələr erməni iddialarının aradan qaldırılmasına kömək edəcəkdir.
Qafqaz Albaniyasına məxsus abidələrin Azərbaycan tərəfindən qorunub saxlandığını vurğulayan Əli Həsənov demişdir ki, erməni alimləri bu tarixi saxtalaşdırmaqla yanaşı, öz mövcudluqlarını qədimləşdirməyə çalışırlar. "Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizin tarixinin saxtalaşdırılması nümunələri vardır. Bu gün imkan yoxdur ki, o ərazilərdə Qafqaz Albaniyasına, orta əsrlərə aid abidələri qoruyaq. Bu abidələrin izləri qalmışdır", - deyə şöbə müdiri bildirmişdir.
Təhsil naziri Misir Mərdanov isə qeyd etmişdir ki, konfransın mövzusu Azərbaycan üçün həmişə aktualdır. Çünki bu gün Azərbaycan ərazisində mövcud olan tarixi abidələrin adlarının özünə qaytarılması istiqamətində çox böyük addımlar atılır. Etiraf edək ki, vaxtilə Azərbaycan ictimaiyyətinə çoxlu yalan vədlər verilmişdir. Amma tanınmış alimlərimizin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tarixi məbədlər kimə məxsusdur.
Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Gürcüstan Əlyazmalar Fondunun baş elmi məsləhətçisi Zaza Aleksidze isə vurğulamışdır ki, Albaniyanın ərazisi qədim Azərbaycan torpaqlarıdır. Azərbaycandakı Alban kilsəsi tarixi erməni kilsəsinin tarixindən daha qədimdir, - deyən Z.Aleksidze qeyd etmişdir ki, bununla bağlı yanlışlığa yol verən ermənilər sonradan buna görə üzr istəməyə məcbur olurlar.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər çıxış edənlər də Qafqaz Albaniyası tarixində Azərbaycanın mühüm rolundan danışmışlar.
Bildirilmişdir ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı həm Azərbaycan, həm də dünyanın bir çox ölkələrindən olan albanşünas alimlər növbəti araşdırmalara başlamışlar.
Konfransda Almaniya, Rusiya, Yaponiya, Polşa, İtaliya, Gürcüstan və Dağıstandan olan alimlərin Qafqaz Albaniyasının tarixi, arxeologiya və memarlığının müxtəlif problemlərinə dair məruzələri dinləniləcəkdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında