Şərur rayonunun Çomaxtur kəndində 468 şagird yerlik müasir məktəb binası istifadəyə verilmişdir

Noyabrın 25-də Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonun inkişafına göstərilən diqqət və qayğıya, eləcə də yeni sosial obyektlərin istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Müəllim Məlahət Şıxəliyeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektiv adından minnətdarlıq etmiş, təhsil uğurlarını daha da artırmaq üçün bütün imkanlardan maksimum istifadə edəcəklərinə, şagirdləri ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq və bilikli vətəndaş kimi yetişdirəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Çomaxtur kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ulu öndər Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəblərdə alır. Ona görə də təhsil sisteminin inkişafında orta məktəblərə qayğı xüsusi yer tutmalıdır" fikrini xatırladaraq demişdir: Ümummilli liderimizin siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilir, yeni məktəb binaları tikilir. Çomaxtur kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binası 468 şagird yerlikdir. Burada 26 sinif otağı, kimya, biologiya, fizika və hərbi kabinələr, elektron lövhəli 2 sinif, 2 kompyuter otağı, müəllimlər otağı, kitabxana və idman zalı vardır. Məktəb zəngin kitabxanaya malikdir. Yaradılan bu cür şərait imkan verəcəkdir ki, burada təhsil alan hər bir gənc gələcəkdə müxtəlif ixtisaslar üzrə təhsilini davam etdirə bilsin. Bunlar dövlətin təhsilə, gənc nəslə göstərdiyi qayğıdır. Məktəbin ötən tədris ilində qazandığı nailiyyətlər qənaətləndiricidir. Ötən tədris ilində məktəbi 24 şagird bitirmiş, onlardan 16-sı ali məktəblərə sənəd vermişdir. Sənəd verən məzunlardan 10-u tələbə adını qazanmış, məktəbin 2 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə, bir şagirdi isə IX sinif təhsil bazasından orta ixtisas təhsil müəssisəsinə daxil olmuşdur. Qazanılan bu uğurlar müəllim zəhmətinin və şagird çalışqanlığının bəhrəsidir.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, bu yolda müəllim və şagird kollektivinə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsilmiş, məktəb binasına baxış olmuşdur.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında