AMEA İqtisadiyyat İnstitutu nüfuzlu beynəlxalq mükafata layiq görülmüşdür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu Avropa Biznes Assambleyasının (ABA) Ekspertlər Şurası tərəfindən "Ən yaxşı müəssisə" adına layiq görülmüş, bu elmi müəssisənin adının dinamik inkişaf edən müəssisələrin Ümumavropa reyestrinə salınması, institutun rəhbərinə "İlin ən yaxşı top-meneceri" sertifikatının təqdim edilməsi haqqında qərar qəbul edilmişdir.Bununla yanaşı, institutun direktoru, professor İsa Alıyevin Avropanın və Böyük Britaniyanın nüfuzlu mükafatlarından olan "Kraliça Viktoriya xatirə medalı" ilə təltif edilməsi üçün namizədliyi irəli sürülmüşdür. Professor İsa Alıyev demişdir:
- Avropa İttifaqının ən nüfuzlu qurumlarından hesab edilən Avropa Biznes Assambleyasının ekspertləri tərəfindən hər il qitənin müxtəlif ölkələrində ictimai proseslərə müsbət təsir göstərən və milli iqtisadiyyatların inkişafına böyük töhfələr verən nüfuzlu təşkilatların, həmçinin onlara rəhbərlik edən lider şəxslərin müəyyən edilməsi məqsədi ilə geniş ictimai fikrin öyrənilməsi təşkil olunur. Nəticələr ümumiləşdirilir və qaliblər ilin sonunda Avropanın 16 ölkəsini təmsil edən nüfuzlu ictimai təşkilatları, peşəkar və yaradıcı birlikləri özündə birləşdirən Beynəlxalq Sokrat Komitəsi tərəfindən peşəkar və ictimai fəaliyyətlərindəki böyük uğurlara görə nüfuzlu Avropa mükafatları ilə təltif edilirlər. Bu il AMEA İqtisadiyyat İnstitutu ABA Nominasiya Komitəsi tərəfindən belə yüksək şərəfə layiq görülmüşdür.
ABA-nın Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə departament direktorunun imzaladığı məktubda bildirilir ki, mükafatın təqdim edilməsi mərasimi 2011-ci il dekabrın 10-13-də Böyük Britaniyanın Oksford şəhərində, Liderlərin Oksford Sammiti çərçivəsində keçiriləcəkdir. Dünyanın 30 ölkəsindən siyasətçilərin, diplomatların, alimlərin və mədəniyyət xadimlərinin qatılacağı tədbirdə Avropa Parlamentinin üzvlərinin də iştirakı nəzərdə tutulur.
Zənnimcə, bu mükafat təkcə AMEA İqtisadiyyat İnstitutuna deyil, bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir. Müstəqil Azərbaycan Respublikası qısa müddət ərzində öz iqtisadiyyatını yüksək sürətlə inkişaf etdirməyə nail olmuş və bütün dünyada ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilməyi bacarmışdır. Təbii ki bu prosesdə iqtisadçı alimlərimizin də rolu vardır. İnanıram ki, Avropanın mötəbər qurumunun yüksək mükafatı alimlərimizi daha səmərəli və geniş miqyasda fəaliyyətə ruhlandıracaq, ümumavropa strukturlarının Azərbaycan iqtisad elminə marağının artmasına səbəb olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında