Azərbaycan Tibb Universitetinin rektoruna Türkiyənin Qazi Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanova tibb elminə, Türkiyədə və Azərbaycanda tibb sahəsində kadrların yetişdirilməsinə verdiyi töhfələrə görə Türkiyənin Qazi Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur. Qazi Universitetində bu münasibətlə keçirilmiş mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir. 
Akademik Ə.Əmiraslanovun zəngin fəaliyyətindən bəhs edən sənədli filmin nümayişindən sonra çıxış edən Qazi Universitetinin tibb fakültəsinin dekanı, professor Peyami Cinaz bu ali təhsil ocağı Senatının azərbaycanlı alimə fəxri doktor adı verilməsi haqqında qərarını oxumuşdur.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Məhmət Sağlam, Qazi Universitetinin rektoru, professor Rıza Ayxan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar Əhliman Əmiraslanovun ictimai xadim, pedaqoq, həkim kimi çoxşaxəli fəaliyyətindən, qardaş ölkələrimizdə tibb sahəsində kadrların yetişdirilməsinə verdiyi töhfələrdən bəhs etmişlər. Çıxışlarda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarına uyğun olaraq, bu gün Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da inkişafı vurğulanmış, Van bölgəsində baş vermiş zəlzələdən dərhal sonra ölkəmizin qardaş türk xalqına yardımı bunun yeni örnəyi kimi göstərilmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxışında bildirmişdir ki, Qazi Universitetinin bu mükafatı təkcə Əhliman Əmiraslanovun deyil, Azərbaycanın bütün elm xadimlərinin əməyinə verilən yüksək qiymətdir. Bunun üçün universitetin rəhbərliyinə və Senatına təşəkkürünü bildirən səfir demişdir ki, ölkələrimiz arasında gündən-günə möhkəmlənən əməkdaşlıq təhsil sahəsində də güclənir.
Sonra Qazi Universitetinin rektoru, professor Rıza Ayxan fəxri doktor diplomunu və mantiyasını akademik Ə.Əmiraslanova təqdim etmişdir.
Qazi Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən Əhliman Əmiraslanov demişdir ki, bu ad onun həyatı boyu aldığı mükafatlardan daha qiymətlidir. Çünki bu mükafatı mənsubu olduğu türk milləti, qardaş Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün əsasını qoyduğu universitetdən almışdır. Təhsil sahəsində, o cümlədən tibb mütəxəssislərinin yetişdirilməsində Türkiyənin universitetləri, ən öndə isə Qazi Universiteti ilə sıx əməkdaşlıq olduğunu da diqqətə çatdıran natiq bu ali təhsil ocaqlarını bitirən həkimlərimizin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini, müxtəlif klinikalara rəhbərlik etdiklərini bildirmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında