Türk dünyası sivilizasiyası haqqında kitab

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, iqtisad elmləri namizədi Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyası Bakıda "Elm və təhsil" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır.
Əsərdə bəşər sivilizasiyaları arasında özünəməxsus xüsusiyyətləri ilə seçilən türk dünyası sivilizasiyasının qədim tarixindən bəhs olunmuş, bu sivilizasiya tipinin özünəməxsusluqları eylmi-nəzəri şəkildə əsaslandırılmışdır. Müəllif türk dünyası sivilizasiyasının digər sivilizasiyalarla, o cümlədən Provoslav-Slavyan, Avropa, Çin, Ərəb, İran sivilizasiyaları ilə əlaqələrindən geniş söz açmışdır. Nəticə olaraq monoqrafiyada türk dünyası sivilizasiyasının islam mədəniyyəti dövründən qədimliyinin elmi cəhətdən müəyyənləşdirilməsi ilə yanaşı, həm də böyük sivilızasıyaların daşıyıcıları olan ölkələrin mədəniyyətlərinin formalaşmasında və inkışafında bu sivilizasiyanın rolundan və təsirindən əsaslı surətdə bəhs edilmişdir.
Mövzu etibarilə qlobal xarakter daşıyan məsələləri əhatə edən kitaba ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsindən seçilmiş nümunə kimi verilən "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir, bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir" epiqrafı problemin araşdırılma istiqamətini və ideya əsasını müəyyən edir.
Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyasında sivilizasiya anlayışı və onun əsasında dayanan dəyərlər haqqındakı elmi-nəzəri mülahizələri özünün yeniliyi və aktuallığı ilə diqqəti cəlb edir. Əsərdə ümumən sivilizasiyaşünaslıqda mübahisəli olan bir sıra məsələlərə də aydınlıq gətirilmişdir.
Oxuculara təqdim olunan Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyasıda Azərbaycanla bağlı məqamlara və Azərbaycanşünaslıq materiallarına da münasib yer ayrılmışdır. Kitabda Gəmiqaya və Qobustan qayaüstü rəsmlərindən mövzu ilə bağlı şəkillər seçilərək oxucuların diqqətinə çatdırılmışdır.
Bundan əvvəl çap olunmuş Ərəstü Həbibbəylinin "Azərbaycan Respublıkasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" kitabında (2007) beynəlxalq münasibətlər çərçivəsində Azərbaycanla əlaqədar sıyasi-iqtisadi məsələlər öz əksini tapmışdır.
Fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevin elmi redaktorluğu ilə nəşr edilən Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyası ictimai-və humanitar elmlərin tədqiqatçılarının, ali məktəb müəllimlərinin və tələbələrinin marağına səbəb olacaqdır.

{nl}

Şükür MƏMMƏDOV, tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında