Azərbaycan Universitetində müstəqilliyin bərpasının 20 illiyi qeyd edildi

Azərbaycan Universitetində müstəqilliyin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirildi.Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi ehtiramla yad edildi.
Universitetin rektoru Aslan Qəhrəmanov Azərbaycan təhsilinin inkişafında, milli kadr potensialının yetişməsində ümummilli liderin misilsiz xidmətlərindən danışdı. Rektor çıxışında dahi öndərin elmin, təhsilin tərəqqisinə böyük əhəmiyyət verməsindən bəhs etdi. Bildirdi ki, hələ sovetlər dönəmində Heydər Əliyevin rəhbərliyi ilə milli təhsilin inkişafında əsaslı kəmiyyət və keyfiyyət göstəriciləri əldə olunmuş, 1984-1987-ci illərdə SSRİ-də ümumtəhsil və peşə məktəbi islahatı uğurla həyata keçirilmiş, azərbaycanlı abituriyentlərin keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları təmin olunmuşdur. Müstəqillik illərində ümummilli liderin müəllifi olduğu "Təhsil Qanunu"nun qəbul edilməsi, milli təhsilin inkişaf strategiyasının uğurla həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, təhsil işçilərinə dövlət qayğısının artırılması bu gün öz bəhrələrini verməkdədir.
Daha sonra xalq şairi Nəriman Həsənzadə, universitetin müəllimi, tarix elmləri doktoru Ələmdar Şahverdiyev, tarixçi alim Nəsiman Yaqubov və universitetin elmi işlər üzrə prorektoru Xaləddin İbrahimli çıxışlarında müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərini xatırlatdılar. Dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrini vurğulayan natiqlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söylədilər.
Tədbirdə çıxış edənlər ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə də məlumat verərək diqqətə çatdırdılar ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında 11 iyul 2011-ci il tarixli sərəncamı respublikada müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün daha geniş perspektivlər açır. Başqa sözlə, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatı fundamental vəzifə kimi qarşıya qoyulur. O da sevindirici haldır ki, yeni mərhələyə qədər Azərbaycanda müasir tipli məktəb binalarının tikilməsi və əsaslı bərpası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər məsələlərlə bağlı xeyli iş görülüb.
Tədbirdə həmçinin qeyd edildi ki, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolu məhz təhsilin müasir tələblər səviyyəsinə çatdırılmasıdır. Bir tərəfdən respublikamızın iqtisadi inkişaf tempi, digər tərəfdən isə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda daha möhkəm əsasda intişar tapması milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda təhsil daha da inkişaf edəcək, milli təhsilimizin keyfiyyəti yüksələcəkdir.
Sonda milli oyanışın yeni mərhələsini əks etdirən slayt və foto şəkillər də nümayiş olundu.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında