Təhsil Nazirliyində Yaponiya hökuməti ilə qrant müqaviləsi imzalanmışdır

Oktyabrın 13-də Təhsil Nazirliyində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır.
Müqaviləni Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və "Azərbaycan Gənc Maarifçilər" təşkilatının sədri Ruhiyyə Aslanova imzalamışlar.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov son 10 ildə Yaponiya hökuməti tərəfindən Azərbaycanın təhsil sisteminə ayrılmış qrant layihələrindən söz açmışdır. Bildirmişdir ki, Yaponiya hökuməti baş verən zəlzələ və sunami faciəsinə baxmayaraq Azərbaycana ayırdığı qrant layihələrini yenə də davam etdirir. Bu günədək Yaponiya Azərbaycana ümumilikdə 147 layihə üzrə 11 milyon dollar məbləğində qrant ayırmışdır. Təhsilə ayrılan qrantlar hesabına 50 orta məktəb binası tikilmiş və təmir edilmişdir.
Layihənin gənc peşəkar mütəxəssislərin yetişməsində oynayacağı rolu xüsusi qeyd edən səfir Şusuke Vatanabe demişdir ki, Azərbaycan Yaponiya üçün dost ölkədir. Biz daim Təhsil Nazirliyinin reallaşdırdığı layihələri dəstəkləmişik və bu işləri hər zaman davam etdirməyə hazırıq.
Azərbaycanın sürətli inkişaf yolunda inamla irəlilədiyini söyləyən səfir vurğulamışdır ki, məhz buna görə də ölkənin peşəkar mütəxəssislərə böyük ehtiyacı vardır.
"Azərbaycan Gənc Maarifçilər" təşkilatının sədri Ruhiyyə Aslanova bu layihəni dəstəklədiklərinə görə Yaponiya səfirliyinə və Təhsil Nazirliyinə təşəkkürünü bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında