Azərbaycan Tibb Universitetində dövlət müstəqilliyimizin 20 illiyi qeyd olunmuşdur

Oktyabrın 6-da Azərbaycan Tibb Universitetində (ATU) bu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetdəki büstünü ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuşlar.
Sonra universitetin böyük salonunda keçirilən yığıncaqda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbiri açaraq Azərbaycan Respublikasının 20 ildə keçdiyi inkişaf yolundan, eləcə də rəhbərlik etdiyi ali təhsil müəssisəsinin müstəqillik illərində qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Bununla həmin gün tarixə dövlət müstəqilliyimizin bərpası günü kimi daxil oldu. Ancaq o zaman hökm sürən hərc-mərclik, özbaşınalıq, separatizm cəhdləri ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışı bizi bəlalardan xilas etdi, dövlət müstəqilliyinin möhkəmlənməsinin əsası qoyuldu.
Toplantıda Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan neft strategiyası və onun nəticələri ilə bağlı məruzəsi maraqla qarşılanmışdır.
Neft müqaviləsinin imzalanmasında ümummilli liderin gərgin fəaliyyətini xatırladan V.Ələsgərov Azərbaycanın neft strategiyasının iqtisadi inkişaf konsepsiyasının bir hissəsi olduğunu diqqətə çatdırmışdır. Demişdir ki, Azərbaycandakı 7 ixrac kəmərinin bünövrəsi o zaman xalqımızın müdrik oğlu Heydər Əliyev tərəfindən qoyulub. Bu uzaqgörənliyin və dahiliyin nəticəsidir ki, təhsilə, səhiyyəyə və digər sosial sahələrə bu qədər vəsait ayrılır. İndi Azərbaycanın dövlət büdcəsi qonşu ölkələrin dövlət büdcəsindən iki dəfə çoxdur.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında bildirmişdir ki, hər bir xalqın sərvəti onun müstəqilliyidir. Bunu isə bizə 90-cı illərin o ağır günlərində xalqın təkidi ilə Naxçıvandan Azərbaycana gələn ulu öndərimiz bəxş etmişdir. Məhz onun tarixi xidmətləri sayəsində dünya millətləri içərisində imzamızı qoya bildik, heç bir dövlətdən asılı olmayan, müstəqil siyasət yürüdən Azərbaycan dövlətini qura bildik. Buna görə də ulu öndərin xatirəsi hər zaman xalqımız tərəfindən yad edilir və bundan sonra da yad olunacaqdır.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev müstəqillik illərində tibb sahəsində həyata keçirilən dövlət proqramlarından, maddi-texniki bazanın möhkəmləndirilməsi, beynəlxalq əlaqələr, təhsil və kadr hazırlığında əldə olunan nailiyyətlərdən danışmışdır.
Nazir müavini son 6 ildə səhiyyəyə ayrılan vəsaitin 15 dəfə artırıldığını, 400-dən çox tibb müəssisəsinin tikildiyini və əsaslı təmir olunduğunu qeyd etmiş, Bakıda bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsini ulu öndər tərəfindən yaradılmış ictimai-siyasi sabitliklə əlaqələndirmişdir.
ATU-nun tarix kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov və digər çıxış edənlər dövlət müstəqilliyinin bərpasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişlər.
Çıxış edənlər Azərbaycan Respublikasının regionda və dünyada artan rolunu diqqətə çatdırmış və respublikanın bütün sahələrində tərəqqini ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqilliyin bəhrəsi kimi qiymətləndirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında