AMEA-nın Tarix İnstitutu Şəkidə elmi konfrans keçirmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 5-də Şəki şəhərində dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda elmi konfrans keçirilmişdir.
Şəhər rəhbərliyi və AMEA Tarix İnstitutunun əməkdaşları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Ziyalıların, elm adamlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, 20 il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti müstəqillik haqqında Konstitusiya Aktı qəbul edərək Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etmişdir. Bu tarixi günü xalqımız ən böyük bayramlarından biri kimi qeyd edir. Xalqımızın əsrlər boyu müstəqillik arzusu ilə yaşadığını, milli azadlıq uğrunda mübarizə apardığını nəzərə çarpdıran natiq, tarixin müəyyən dövrlərində dövlətçilik ənənələrimiz müvəqqəti itirilsə də, azadlıq mübarizəsinin heç zaman dayandırılmadığını bildirmişdir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın cox çətin sınaqlarla üzləşdiyini vurğulayan E.Usubov, məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olduğunu diqqətə çatdırmışdır.
Elmi konfransda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir. 20 ilin böyük uğurları" mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi bildirmişdir ki, dövlət müstəqilliyimizin bərpasının 20 illiyi respublikamızın hər yerində ümumxalq bayramına çevrilmişdir. Bu, bizim tariximizin ən parlaq səhifəsidir. Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə qeyd olunan bu bayram təkcə Azərbaycanda deyil, 60 milyona yaxın azərbaycanlının yaşadığı dünyanın hər bir guşəsində böyük təntənələrlə davam edir. Dövlətimizin başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyimizin təməlində, dirçəlişimizin kökündə duran dövlət kimi qiymətləndirilməsi, ulu öndər Heydər Əliyevin bu məsələni həmişə diqqət mərkəzində saxlaması, Xalq Cümhuriyyəti dövrünə xüsusi qiymət verməsi, həmin dövrün tarixi şəraitini dərindən təhlil etməsi bu tarixin bizim üçün nə qədər qiymətli və əziz olduğunu bir daha sübut edir. Natiq xüsusi vurğulamışdır ki, müasir dövlətçiliyimizin dirçəliş tarixi həqiqətən də məhz 1918-ci ildən başlanır.
Elmi konfransda, həmçinin AMEA Tarix İnstitutunun alimləri Gültəkin Nəcəflinin "Çar Rusiyasının Şimali Azərbaycanda erməni dövləti yaratmaq siyasəti", Qasım Hacıyevin "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ", Kamran İsmayılovun "Cənub-Qərbi Qafqazda erməni təcavüzünə qarşı milli mübarizə (1917-1920-ci illər)" mövzularında məruzələri dinlənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında