Türkiyə universitetlərində Azərbaycan vətəndaşı olan 3 540 tələbə oxuyur

Türkiyədəki universitetlərdə 147 ölkədən 26 mindən çox xarici vətəndaş təhsil alır. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkədə ən çox xarici tələbə Azərbaycandan olanlardır.
Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin açıqladığı statistik məlumatlara əsasən, Türkiyədəki universitetlərdə Azərbaycan vətəndaşı olan 3540 tələbə təhsil alır. Tələbələrin sayına görə sonrakı yerləri Şimali Kipr Türk Cümhuriyyəti (3 503), Türkmənistan (2 929), İran (1 305), Bolqarıstan (1 143), Almaniya (1 143), Yunanıstan (1 099) və digər ölkələr tutur.
Ümumilikdə, son 5 ildə Türkiyədəki əcnəbi tələbələrin sayı 59 faiz artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında