"Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" mövzusunda konfrans

Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş İkinci Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində təşkil edilmiş konfransda son illər ölkəmizdə çap və poliqrafiya sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.
Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov açaraq zaman-zaman ölkəmizdə kitaba olan böyük maraq və hörmətdən danışmışdır.
"Mədəniyyət haqqında" yeni qanun layihəsinin hazırlandığını söyləyən N.Cəfərov vurğulamışdır ki, bu qanunda kitabxana və kitabxana işinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi yer ayrılmışdır.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirmişdir ki, nazirlik yarandığı gündən nəşriyyat və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində inkişafı, əhalinin zəruri çap məhsullarına olan ehtiyaclarının ödənilməsinin təmin edilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Son 5 ildə nazirliyin vəsaiti hesabına 200 adda kitab nəşr olunmuş və ölkə kitabxanalarına paylanılmışdır.
Nazirliyin kütləvi kitabxanalar şəbəkəsinə 164 müstəqil kitabxana və 4200-dən artıq kitabxana filialı daxildir. Respublikanın kitabxana fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur.
Bu sahənin inkişafı ilə bağlı dövlətimiz tərəfindən bir sıra işlər görülmüşdür. 2007-ci il aprelin 20-də Prezident İlham Əliyev "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Sərəncam imzalamış, 2008-ci ilin oktyabrın 6-da isə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.
Bildirilmişdir ki, artıq iki gündür ölkəmizdə beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Bu yarmarkada Azərbaycan ilə yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr olunan kitablar, çap məhsulları sərgilənir.
Sonda tədbir iştirakçıları "Müstəqillik illərinin nəşrləri" adlı sərgi ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında