Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda daha bir məktəb binası istifadəyə verilmişdir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlılarıın yaşadıqları bölgələrdə hər dərs ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilmişdir. Bu nəcib ənənə bu il də davam etdirilmişdir.
Bir neçə gün əvvəl Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Daşlıqullar və Cəfərli kəndlərində yeni məktəb binaları öz qapılarını şagirdlərin üzünə açmışdır.
Sentyabrın 19-da isə bölgənin Qardabani rayonundakı Qaracalar kəndində fondun təşəbbüsü ilə daha bir müasir tələblərə uyğun inşa olunmuş məktəb binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Qoqa Seperteladze çıxış edərək kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. Nazir müavini belə bir gözəl binanın ərsəyə gəlməsində əvəzsiz xidməti olan Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi azərbaycanlı həmkarları ilə təhsilin inkişafı və dərsliklər məsələləri üzrə sıx əlaqə saxlayır və əməkdaşlığımız bundan sonra da davam etdiriləcəkdir. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze məktəb binalarının inşası, təmiri, təhsil ocaqlarının müvafiq avadanlıq və ləvazimatlarla təmin olunması və həyata keçirdiyi digər layihələrə görə bölgənin əhalisi adından Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq etmişdir. O, bölgənin azərbaycandilli məktəblərinin dərsliklərlə təminatı sahəsindəki çatışmazlıqların Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən yaxın vaxtlarda həll ediləcəyini demişdir.
Mərasimin sonunda Qaracalar məktəbinin 80 nəfərədək birinci sinif şagirdinə kompyuter hədiyyə edilmişdir.
Çıxış edən kənd sakinləri gürcüstanlı soydaşlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə iştirak etmişdir.
Yeni istifadəyə verilmiş Qaracalar ümumi məktəbində 700 şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Məktəbdə 31 sinif otağı, idman zalı, xeyli fənn kabineti vardır.

{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilis
i


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında