Astarada iki yeni məktəbin təməli qoyuldu

Ölkəmizin cənub qapısı sayılan Astara rayonunun təhsil işçiləri, məktəblilər və valideynlər "Bilik Günü"nü sevinclə qeyd etmişlər. 
Kijəbə qəsəbəsi rayonun böyük yaşayış məntəqələrindən biridir. Qəsəbənin ərazisindəki Lovayın məktəbinin binası yeni dərs ili ərəfəsində əsaslı təmir edilmiş, lazımi avadanlıqla, kompyuterlərlə təchiz olunmuşdur. Sentyabrın 15-də həmin məktəbin əsaslı təmirdən sonra açılışı olmuşdur.
Rayon təhsil şöbəsinin müdiri Q.Məmmədova, məktəbin direktoru H.Rəsulov, ağsaqqallardan Q.İbrahimov, N.Teymurov, məktəbin müəllimi H.İbrahimova çıxış edərək kənd ictimaiyyəti adından Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və təmirin aparılmasında xidməti olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.
İcra hakimiyyətinin başçısı T.Qaraşov mərasimdə çıxış edərək bildirmişdir ki, bir neçə ay bundan əvvəl Kijəbə qəsəbəsində əhali ilə görüş zamanı verilən təklifləri diqqətdə saxlayaraq onların icrasını təmin etdik. Kijəbə-Qəcimardə və Kijəbə-Ojəkəran yoluna asfalt döşəndi, əhali üçün rahatlıq yaradıldı. Təmirə ehtiyacı olan bu məktəb binası da əsaslı təmir edilib müəllimlərin və şagirdlərin istifadəsinə verildi. Bu münasibətlə hamınızı təbrik edirəm.
Mərasimdə məktəbin qocaman müəllimi Qürbət İbrahimovun təqaüdə yola salınması ilə əlaqədar ona fəxri fərman və qiymətli hədiyyə təqdim edilmişdir.
Sonra icra hakimiyyətinin başçısı rəmzi qırmızı lenti kəsmişdir. Mərasim iştirakçıları sinif otaqlarına, dövlət rəmzləri olan güşəyə baxmış, 1-ci sinif şagirdlərinə çantalar və məktəbli ləvazimatları hədiyyə etmişlər.
"Bilik günü"ndə həmçinin rayonun Suparibağ və Rudəkənar kəndlərində inşa ediləcək məktəb binalarının təməlqoyma mərasimləri keçirilmişdir.
Suparibağ və Rudəkənar kəndlərində keçirilən mərasimlərdə icra nümayəndəsi əvəzi H.Əliyeva, təhsil işçilərindən L.Qurbanova və Ç.Bayramova, Rudəkənar kənd ağsaqqalı B.Sadıxov, ziyalı Ə.Əliyev, məktəb direktoru R.Baxşiyeva çıxış edərək yeni məktəb binalarının tikilməsi ilə bağlı sevinc hisslərini bölüşmüş və minnətdarlıq duyğularını ifadə etmişlər.
Rayon icra hakimiyyətinin başçısı T.Qaraşov rayonda sosial-iqtisadi inkişaf və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmış və bundan sonra da həmin istiqamətdə əməli tədbirlər görüləcəyini söyləmişdir.
Sonra qonaqlar hər iki məktəbin bünövrəsinə rəmzi olaraq beton qatışığı tökmüşlər.
Təməlqoyma mərasimlərində musiqi proqramları təqdim olunmuş, məktəblilər ulu öndər Heydər Əliyevə və vətənə həsr olunmuş şeirlər söyləmişlər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında