"Al bizi yenə də qoynuna, məktəb"

Dünən respublikamızın hər yerində olduğu kimi, Bakının Səbail rayonundakı 51 nömrəli məktəbdə də Bilik günü təntənə ilə qeyd olundu.
Mərasimi məktəbin direktoru Lətafət Səmədova açaraq yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlayan təhsil islahatları bu gün öz bəhrəsini verməkdədir. Təhsil sahəsi ilə bağlı qəbul olunmuş proqramların uğurlu icrası, eyni zamanda, Prezident İlham Əliyevin ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu sahəyə göstərdiyi daimi qayğı hər yerdə açıq-aydın hiss edilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər respublikamızın müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Bu il 51 saylı məktəbin də bir korpusu əsaslı təmir olunmuş, sinif otaqları yeni avadanlıqlarla təchiz edilmişdir. Yeni tədris ilində 114 şagird birinci sinifə qəbul olunub. 2010-2011-ci tədris ilinin yekunlarına görə, "İlin ən yaxşı məktəbi" seçilən məktəbin ötənilki məzunlarından 47 faizi tələbə adını qazanıb. Uğurların əldə edilməsində göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova kollektivimiz adından minnətdarlıq edirəm.
Son illər ölkəmizin hər yerində yeni təhsil müəssisələri tikilir, köhnə yararsız binalar təmir edilərək istifadəyə verilir. Dövlətimiz gənc nəslin təlim - tərbiyəsinin yüksək səviyyədə təmin etmək üçün hər cür şərait yaradıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov yeni dərs ilinin başlanması münasibətilə valideyinləri, müəllim və şagirdləri təbrik etdi. Qeyd olundu ki, dövlətimiz bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də diqqət göstərir. Pedaqoji kollektivin və valideynlərin üzərlərinə düşən vəzifələr isə Vətənə layiqli övladlar yetirmək üçün bütün qüvvələrimizi səfərbər etməkdən ibarətdir.
Digər çıxış edənlər də yeni dərs ilinin başlanması münasibətilə şagird və valideynləri təbrik etdilər, yaradıllan şəraitə görə dövlət başçısına minnətdarlıq etdilər. Birinci sinif şagirdləri Vətənə, ana dilinə aid şeirlər söylədilər.
Sonra ilk zəng çalındı. İbtidai sinif müəllimi Səkinə İbadovanın rəhbərlik etdiyi 1a sinfində ilk dərs günü birincilərin böyük marağına səbəb oldu. Şagirdlər müəllimin Azərbaycan, dövlət rəmzlərimiz, dilimizlə bağlı suallarına verdikləri dolğun cavablar hamını razı saldı. Züleyxa Əliyevanın söylədiyi Bəxtiyar Vahabzadənin "Ana dili" şeiri isə alqışlarla qarşılandı. İlk həyat sınağının astanasında olan fidan balaların sevinci yerə-göyə sığmırdı. Qarşıda onları elmin keşməkəşli yolları gözləyir. Bu çətin və şərəfli yolda ilk qədəmlərini atan bütün şagirdləri təbrik edir, müəllim kollektivinə yeni-yeni uğurlar arzulayırıq.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında